Türkiyənin Menderes Bələdiyyəsində sədr müavini seçkisi gərgin anlarla yadda qalıb.
Gündəm24.az xəbər verir ki, Partiya nümayəndələri arasında baş verən fiziki qarşıdurma və yumruq davası səbəbindən Məclis Sədr Müavini zalda hayati təhlükə olduğunu bildirərək əraziyə polis qüvvələrini çağırıb. Sakitlik təmin edildikdən sonra keçirilən səsvermədə müxalifət bloku səs itkisi ilə üzləşib və 2 səsin qarşı tərəfə keçməsilə Cumhur İttifaqının namizədi Asuman Şen 15 səs toplayaraq Menderes Bələdiyyə Sədr Müavini seçilib.
Əli Əliyev
Gündəm24.az














