Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb.
Gündəm24.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib.
Belə ki, Bolsulu qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəmməd Səfərəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Avtomobil yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Zərbədən elektrik xətti qırılaraq avtomobilin üzərinə düşüb. Sürücü avtomobildən düşmək istəyərkən ehtiyatsızlıqdan elektrik xəttinə toxunub və cərəyan vurması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)













