Prezident Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırdı. Ərdoğan “Bazar ertəsi günü Trampla daha bir görüşümüz olacaq” dedi.
Gündəm24.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandıraraq bazar ertəsi ABŞ prezidenti Donald Trampla növbəti görüşünün keçiriləcəyini açıqlayıb. O bildirib ki, görüş bazar ertəsi axşam saatlarında baş tutacaq və Rusiya–Ukrayna müharibəsi ilə yanaşı, Fələstindəki humanitar vəziyyət müzakirə olunacaq.
Ərdoğan açıqlamalarında İsrailin baş naziri Benyamin Netanyahuya sərt ifadələrlə toxunaraq, Qəzzada uşaqlara və mülki əhaliyə qarşı törədilənlərin cəzasız qalmayacağını vurğulayıb. Prezident qeyd edib ki, Türkiyə Fələstinlilər üçün konteynerlər göndərməyə hazırdır, lakin buna icazə verilmir.
Türkiyə lideri həmçinin Putın, Zelenski, Tramp və Avropa liderləri ilə intensiv diplomatik təmasların davam etdiyini, Parisdə keçiriləcək sammitdə isə Türkiyəni xarici işlər nazirinin təmsil edəcəyini bildirib.
Sədaqət Həsənova













