Şəmkirdəki “N” saylı hərbi hissədə həlak olan əsgər Orxan Şabanov ailənin tək övladı imiş.
Gündəm24.az xəbər verir ki, Orxan 1 il 3 ayın əsgəri olub və hərbi xidməti başa vurmasına 3 ay qalıbmış.
O bu ayın əvvəlində nümunəvi əsgər kimi hərbi hissə komandiri tərəfindən məzuniyyətə göndərilibmiş.
Məzuniyyəti başa çatan Orxan yenidən hərbi hissəyə qayıdıb və xidmətini davam etdirməyə başlayıb. Oktyabrın 13-də Orxan hərbi hissədə aldığı güllə yarasından dünyasını dəyişib.
Məlumata görə, Orxan uşaq olanda atası ilə anası ayrılıblar və o, anasının himayəsində böyüyübmüş. (Oxu.az)
16:38
Azərbaycanda gənc əsgər vəfat edib.
Gündəm24.az xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.















