Rəngarəng” verilişinin son buraxılışında diqqət çəkən hadisə yaşanıb.
Aparıcı Zaur Nəbioğlunun proqramına qonaq olan həmkarı, “Çiçək” kimi tanınan Şəhla Vakkasla söhbəti efirdə maraqlı anların yaşanmasına səbəb olub.
Canlı yayım zamanı Çiçək aparıcının fikrinə etiraz edib və ona iradını açıq şəkildə bildirib. Onun gözlənilməz cavabı studiyada qısa müddətli gərginlik yaradıb. Zaur Nəbioğlunun həmin an verdiyi reaksiya isə diqqətlərdən yayınmayıb.
Verilişdən yayılan görüntülər sosial şəbəkələrdə paylaşılaraq müzakirələrə səbəb olub.
Həmin anları təqdim edirik.













