Gündəm24.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NewsNation-a müsahibəsində Fransa prezidenti Emmanuel Makronun Avropa İttifaqının ABŞ-a qarşı istifadə edə biləcəyi “ticarət bazukası”na münasibət bildirib. Tramp deyib: “Düzünü desəm, düşünmürəm ki, onlar bunun nə demək olduğunu başa düşürlər, amma artıq bazukalardan istifadə etməyə başlayıblar… və bu, onlara əks təsir göstərəcək.”
17 yanvar tarixində Tramp ABŞ-ın Qrenlandiya məsələsi ilə bağlı Avropanın səkkiz ölkəsinə (Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiya) fevraldan 10% idxal tarifinin tətbiq olunacağını, iyun ayından isə bu rəqəmin 25%-ə yüksələcəyini elan edib.
Makron isə İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxış edərək tarifləri məntiqsiz adlandırıb və Avropanın güclü iqtisadi alətlərindən istifadə edərək ABŞ-ın hərəkətlərinə cavab verməli olduğunu vurğulayıb. O bildirib ki, Avropanın əks-məcburiyyət aləti güclüdür və çətin mühitdə onu aktivləşdirməkdən çəkinmək lazım deyil.
Sədaqət Həsənova














