Prezident Rəcəb Tayyib Ərdoğan xarici işlər naziri Hakan Fidanın Trampın dəvəti ilə keçiriləcək Qəzza Sülh Komitəsinin iclasına qatılacağını açıqladı.
Gündəm24.az xəbər verir ki, Prezident Ərdoğan partiyasının parlament qrup iclasında çıxış etdi. Çıxışından sonra jurnalistlərin sualına cavab olaraq Ərdoğan xarici işlər naziri Hakan Fidanın ABŞ prezidenti Trampın dəvəti ilə keçiriləcək Qəzza Sülh Komitəsinin iclasında iştirak edəcəyini açıqladı.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Qəzza Sülh Komitəsinin yaradıldığını elan etmişdi. Türkiyə və Rusiya da daxil olmaqla, təxminən 60 ölkə tədbirdə iştirak etməyə dəvət olunmuşdu.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Tramp tərəfindən təsis edilmiş Qəzza Sülh Komitəsinə təsisçi üzvlər kimi qoşulmaq dəvətini qəbul etdiklərini açıqladılar .
BƏƏ Xarici İşlər Nazirliyi Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın ABŞ-ın dəvətini qəbul etdiyini açıqladı.
Bəhreyn Xarici İşlər Nazirliyi də Kral Həməd bin İsa Əl-Xəlifənin Sülh Şurasında iştirak etmək dəvətini qəbul etdiyini açıqladı.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakukun bu gün keçirilən mətbuat konfransında ABŞ-dan Qəzza Sülh Komitəsində iştirak etmək üçün dəvət aldıqlarını açıqladı .
Sədaqət Həsənova














