Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Euronews”: Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir

11/11/2025 22:25
Manşet
824 17
“Euronews”: Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir
696
Paylaşım sayı
967
Baxış sayı

“Euronews” telekanalı Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfərin 5-ci ildönümü münasibətilə Bakıda Azadlıq meydanında keçirilən hərbi parada həsr olunmuş reportaj hazırlayıb.

“Gündəm24.az”in məlumatına görə, materiallarda vurğulanır ki, bu qələbə ilə Bakı onilliklərlə davam edən qanlı münaqişənin faciəvi səhifəsini bağlayıb və sülhün yeni səhifəsinə qədəm qoyub.

Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin paradda səsləndirdiyi bəyanatlara xüsusi yer verilib. Qeyd olunur ki, qələbə strateji iqtisadi və hərbi nailiyyətlərin nəticəsi olub və Qarabağın bərpasını şərtləndirib.

Azərbaycan Prezidenti, həmçinin münaqişə zamanı dəstəyə görə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana və Pakistanın Baş naziri Şahbaz Şərifə təşəkkürünü bildirib. O qeyd edib ki, Paradda ilk dəfə Pakistan hərbçiləri də iştirak edib.

“Bu, üç ölkənin – Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”, – materialda Azərbaycan liderinin sözləri sitat gətirilib.

Türkiyə Prezidenti isə öz növbəsində bəyan edib ki, Vətən müharibəsi Asiyada və Avropadakı geosiyasi balansı da dəyişib və bölgə üçün yeni bir dövrün qapılarını açıb:

“Biz nə kin saxlayarıq, nə də keçmişdəki zülmlərin yenidən yaşanmasına izin verərik. Beləliklə, bu Zəfəri bir son olaraq deyil, Qafqazda davamlı sülhə gedən yolun məhək daşı olaraq görürük. Qafqazda sülhün bərqərar olmasının Asiyadan Avropaya qədər bütün bölgənin rifahına xidmət edəcəyi qənaətindəyik”.

 

 

Materialın müəllifləri, eyni zamanda Prezident İlham Əliyevin noyabrın 6-da Bakıda NATO-nun nümayəndə heyəti ilə görüşünə diqqət çəkirlər. Görüş zamanı dövlət başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğulayıb.

“Prezident İlham Əliyev Azərbaycanın ötən əsrin əvvəllərində müstəqilliyini qazandıqdan bəri əsas məqsədinə çatdığını – torpaqların işğaldan azad olunduğunu vurğulayaraq qeyd edib ki, ordunun müasirləşdirilməsi prosesi bundan sonra da davam edəcək”, – “Euronews” qeyd edib.

Telekanal xatırladıb ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ikitərəfli əlaqələrin bərpasına yönəlmiş mühüm sənəd imzalayıblar.

“Ağ Ev bəyan edib ki, razılaşma çərçivəsində ABŞ, həmçinin “Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu” və ya TRIPP adlandırılacaq tranzit dəhlizinin inşasına yardım edəcək. Bakı üçün dəhliz Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsi təmin edir, Türkiyə ilə əlaqələri gücləndirir və infrastruktur diplomatiyası vasitəsilə müharibədən sonrakı nailiyyətləri möhkəmləndirir. Bu, həmçinin Azərbaycanın dünyanın ən mühüm nəqliyyat-logistika qovşağı kimi mövqeyini gücləndirir”, – materialda vurğulanıb.

Oxşarxəbərlər

“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – VİDEO
Manşet

“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – VİDEO

21/09/2026 10:14
952
Bakıda tədbirdə monitor qadının üstünə aşıb – VİDEO
Hadisə

Bakıda tədbirdə monitor qadının üstünə aşıb – VİDEO

21/09/2026 10:09
951
“Azercell” abunəçilərinə XƏBƏRDARLIQ: 22 sentyabrda …
CƏMİYYƏT

“Azercell” abunəçilərinə XƏBƏRDARLIQ: 22 sentyabrda …

21/09/2026 09:51
952
İş adamının nəvəsi qonşusunu güllələdi
Kriminal

İş adamının nəvəsi qonşusunu güllələdi

21/09/2026 09:50
953
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ
CƏMİYYƏT

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ

21/09/2026 09:34
953
Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
CƏMİYYƏT

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

21/09/2026 09:21
960

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – VİDEO

“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – VİDEO

21/09/2026 10:14
952
Bakıda tədbirdə monitor qadının üstünə aşıb – VİDEO

Bakıda tədbirdə monitor qadının üstünə aşıb – VİDEO

21/09/2026 10:09
951
Moskva görüşü ərəfəsi görün nələr dedi

Moskva görüşü ərəfəsi görün nələr dedi

21/09/2026 10:03
951
“Azercell” abunəçilərinə XƏBƏRDARLIQ: 22 sentyabrda …

“Azercell” abunəçilərinə XƏBƏRDARLIQ: 22 sentyabrda …

21/09/2026 09:51
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
952

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
961

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
963

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.