Bazar, Noyabr 15, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Evləri Sökülənlərə Ödənilən Məbləğ Dəyişir

19/10/2026 12:46
Manşet, CƏMİYYƏT
812 61
Evləri Sökülənlərə Ödənilən Məbləğ Dəyişir
723
Paylaşım sayı
1k
Baxış sayı

Azərbaycanda köhnə və qəzalı binaların sökülməsi, həmin ərazilərdə yeni yaşayış komplekslərinin inşası zamanı mənzil sahiblərinə veriləcək kompensasiya məsələsi aktuallığını qoruyur. Belə hallarda ev sahiblərinə ödəniləcək məbləğin müəyyənləşdirilməsi, mənzilin bazar dəyərinin nəzərə alınması və vətəndaşların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır.

Bəs binanın sökülməsi qərarı verilərsə, ev sahibinə verilən kompensasiya hansı meyarlar əsasında hesablanmalıdır?

Gündəm24.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilov Demokrat.az-a açıqlamasında burada bir neçə metod olduğunu bildirib.

Onun sözlərinə görə, birinci, ümumi işlək metod mövcuddur:

“Ərazidə yeni yaşayış binası tikildikdə, qanunla təsbit olunmasa da, ümumi praktikaya əsasən, inşaat şirkətləri sakinlərə sökülən mənzilin sahəsindən 20 faiz artıq sahəyə malik mənzil təklif edirlər. Məsələn, 60 kvadratmetrlik mənzil söküldükdə, sahibinə əvəzində yeni binadan 60 deyil, əlavə 20 faiz nəzərə alınmaqla 72 kvadratmetrlik mənzil təklif olunur. Eyni zamanda, tikinti müddətində mənzil sahibinin kirayə xərcləri də qarşılanır. Bu, ümumi praktikada tətbiq olunan üsuldur. Bəzi hallarda isə məsələ pul kompensasiyası ilə həll edilə bilər. Belə olduqda ətraf ərazilərdəki mənzillərin qiymətləri əsas götürülür və kompensasiya kvadratmetrə uyğun hesablanır. Lakin burada böyük problem yaranır. Mənzilin sahəsi kiçik olduqda, xüsusilə də şəhər mərkəzində yerləşdikdə, ödənilən kompensasiya ilə eyni ərazidə yeni mənzil almaq çətinləşə bilər. Bu isə ev sahibinin əvvəlki yaşayış yerindən köçməsinə səbəb ola bilər. Çünki həmin qiymətə oxşar sahəyə malik mənzil tapmaq çətinləşir. Digər tərəfdən, bu məsələnin tənzimlənməməsi süni qiymət artımına səbəb olur. Belə ki, dövlət öz ehtiyacları üçün söküntü apardıqda müəyyən qiymət müəyyənləşdirir.

Məsələn, paytaxtın “Papanin” adlanan ərazisində bir kvadratmetr üçün 2 700 manat kompensasiya nəzərdə tutulur və sakinlərə müəyyən edilmiş qaydada ödəniş edilir. Lakin özəl tikinti şirkətləri tərəfindən aparılan söküntülərdə sakinlərə eyni yanaşma tətbiq olunmur. Onlara sadəcə şirkətlə razılaşmaq təklif edilir. Nəticədə bəzi sakinlər həddindən artıq yüksək məbləğlər tələb edirlər. Məsələn, 40 kvadratmetrlik evi olan şəxs bunun əvəzində övladları və digər ailə üzvləri üçün bir neçə mənzil, hətta həmin mənzillərin altı-yeddi ilə təhvil verilməsini tələb edə bilər. Bunun nəticəsində tikinti şirkətlərinin xərcləri artır. Tutaq ki, şirkətin 50 milyon manatlıq kredit öhdəliyi var. Bu yük son nəticədə tikinti xərclərinə və mənzil qiymətlərinə təsir göstərir. Eyni zamanda, yeni mənzil gözləyən sakinlər üçün kirayə haqları da arta bilər. Belə hallarda mənzillərin hər kvadratmetrinin qiyməti ən azı 200-300 manat bahalaşa bilər. Burada əsas problem qanunvericilikdəki boşluqdur. Yaxşı olardı ki, söküntü aparılacaq ərazilər üzrə şərtlər əvvəlcədən müəyyənləşdirilsin. Əgər hər hansı ərazidə söküntü planlaşdırılırsa, kompensasiya və köçürülmə qaydaları bütün tərəflər üçün məcburi xarakter daşımalıdır. Bu şərtlər müəyyənləşdirilmədən söküntüyə başlanılmamalıdır. Söküntüyə başlanılıbsa, proses müəyyən edilmiş qaydalar çərçivəsində aparılmalıdır. Belə olduqda həm tikinti şirkəti öz maliyyə imkanlarını əvvəlcədən hesablaya bilər, həm sakinlərin hüquqları qorunar, həm də tərəflər arasında əsassız tələblərin və anlaşılmazlıqların qarşısı alınar”.

Oxşarxəbərlər

Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ
Manşet

Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ

14/11/2026 19:10
959
Ebolaya yoluxanların sayı artır
Dünya

Ebolaya yoluxanların sayı artır

14/11/2026 18:30
960
Dondurucu soyuqlar gəlir – XƏBƏRDARLIQ
CƏMİYYƏT

Dondurucu soyuqlar gəlir – XƏBƏRDARLIQ

14/11/2026 17:53
960
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
CƏMİYYƏT

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14/11/2026 17:24
954
“4 ildir bu xəstəliyə görə kökəlmirəm“
Manşet

“4 ildir bu xəstəliyə görə kökəlmirəm“

14/11/2026 17:23
953
Türkiyəyə gedənləri nə gözləyir? – Rəsmi xəbərdarlıq
CƏMİYYƏT

Türkiyəyə gedənləri nə gözləyir? – Rəsmi xəbərdarlıq

14/11/2026 17:11
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ

Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ

14/11/2026 19:10
959
Ebolaya yoluxanların sayı artır

Ebolaya yoluxanların sayı artır

14/11/2026 18:30
960
Dondurucu soyuqlar gəlir – XƏBƏRDARLIQ

Dondurucu soyuqlar gəlir – XƏBƏRDARLIQ

14/11/2026 17:53
960
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14/11/2026 17:24
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Axura kəndi – Böyük Ağrı dağının ətəyində zəlzələ nəticəsində dağılan qədim yurd

Qərbi Azərbaycanın Axura kəndi – Böyük Ağrı dağının ətəyində zəlzələ nəticəsində dağılan qədim yurd

13/11/2026 09:27
965

Sumqayıtda Əvəz Mahmud Lələdağın həyat salnaməsinə həsr olunmuş sərgi keçirilib-FOTOLAR

Sumqayıtda Əvəz Mahmud Lələdağın həyat salnaməsinə həsr olunmuş sərgi keçirilib-FOTOLAR

12/11/2026 13:32
1.1k

Qərbi Azərbaycanın Bulxer kəndi – qədim mənbələrdə adı çəkilən yaşayış məntəqəsi

Qərbi Azərbaycanın Bulxer kəndi – qədim mənbələrdə adı çəkilən yaşayış məntəqəsi

12/11/2026 09:25
1.1k

Güllü cinayətində yeni gəlişmə: Sultan Nur Ulunun hüquqi statusu dəyişdi

Güllü cinayətində yeni gəlişmə: Sultan Nur Ulunun hüquqi statusu dəyişdi

11/11/2026 12:20
959

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.