Şənbə, Mart 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Fermerlər çətin durumda: Dabaq xəstəliyi tüğyan edir

06/10/2025 15:10
Manşet
43 1
Fermerlər çətin durumda: Dabaq xəstəliyi tüğyan edir
56
Baxış sayı

Azərbaycanda heyvanların kütləvi şəkildə dabaq xəstəliyinə yoluxması mal-qara saxlayan kəndliləri və fermerləri çətin vəziyyətə salıb.

Gündəm24.az Oxu.Az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı aparılan müzakirələrdə xəstəliyin son günlərdə tüğyan etdiyi vurğulanır.

“Neçə vaxtdır, heyvanlar dabağa yoluxur, demək olar ki, heç nə yeyə bilmirlər. Baytarlıq şöbələri isə problemlə ciddi maraqlanmır. Bununla bağlı nə etmək lazımdır, onu deyən də yoxdur”, – şikayətçilərdən biri yazıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dabaq sürətlə yayılan yoluxucu virus xəstəliyidir və bütün cütdırnaqlı, əsasən, iri və xırdabuynuzlu heyvanlarda rast gəlinir.

Bildirilib ki, bu virus ağız boşluğunda, məmə uclarında və dırnaqlar arasında ağrılı yaralar yaradır, yüksək hərarət və məhsuldarlığın kəskin azalması ilə müşayiət olunur.

“Yoluxma, əsasən, xəstə heyvanla birbaşa təmas, virusla çirklənmiş yem-su, inventar, personalın geyimləri və hava-damcı yolu ilə mümkündür. Virus torpaq və peyində həftələrlə aktiv qala bilir. Dabaq xəstəliyi respublikamız üçün endemik xəstəlikdir. Yəni bu xəstəliyin törədicisinin xəstəliyə həssas heyvanlar arasında və ətraf mühitdə dövr etməsi riskləri hər zaman mövcuddur.

Dabaq həm də transsərhəd xəstəlikdir, virus külək vasitəsilə quruda, hətta dənizlərin üzərindən belə kilometrlərlə məsafədən ətrafa yayıla və qonşu dövlətlərin ərazisindən ölkəyə keçə bilər. Həmçinin tranzit avtomobillərin üzərində də keçməsi mümkündür. Müxtəlif səbəblərdən peyvəndlənmədən yayındırılmış, vaksinasiya tədbirləri nəzərdə tutulmayan digər ölkələrdən idxal olunan heyvanlar arasında da müşahidə oluna bilər”, – məlumatda bildirilib.

Açıqlamada o da vurğulanıb ki, fermerlər bu xəstəliklə bağlı şübhəli əlamətlərlə rastlaşdıqda, məsələn, ağızda, burun aynasında, dildə, məmə uclarında aftalara (suluqlara), dırnaq aralarında yaralara rast gəldikdə dərhal baytar həkimlərinə, ərazi üzrə Heyvan sağlamlığı və baytarlıq xidməti idarələrinə (HSBXİ), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölmələrinə məlumat verməlidirlər. Xəstəliyə yoluxma şübhəsi olan heyvanı isə digərlərindən ayırmalıdırlar:

“Baytarlıq xidməti əraziyə gələnə qədər heyvan sahibi özü sadə bir üsulla – adi çay sodası ilə dezinfeksiya işləri apara bilər, həmçinin heyvanın ağzını, məmə uclarını, dırnaq aralarını soda məhlulu ilə yuya bilər. Soda beynəlxalq təcrübədə tövsiyə olunan vasitədir. Ancaq sonunda mütləq rayon HSBX idarələrinin mütəxəssislərinin iştirakı ilə lazımi tədbirlər və simptomatik müalicə aparılmalıdır.

Fermerlərin nəzərinə çatdırmaq istəyirik ki, rayon HSBX idarələrinin mütəxəssisləri hər bir çağırışa diqqətlə yanaşır və fermerin yanında olaraq, lazımi köməyi göstərərək, tövsiyələr verirlər. Onlara çağırış edirik ki, heyvanlarını mütləq peyvəndləməyə cəlb etsinlər və baytar həkimlərinə peyvəndləmə aparmaq üçün şərait yaratsınlar. Əlavə olaraq bildiririk ki, hazırda bölgələrdə dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri epizootik tədbirlər planına uyğun olaraq davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyini tərəfindən ildə iki dəfə iri və xırdabuynuzlu heyvanlarda profilaktik peyvəndləmə tədbirləri həyata keçirilir”, – deyə məlumatda qeyd edilir.

Oxşarxəbərlər

Prezident bu sənədi TƏSDİQLƏDİ
Manşet

Prezident bu sənədi TƏSDİQLƏDİ

13/03/2026 19:48
53
Prezidentin sosial şəbəkə hesablarında VİDEOÇARX paylaşıldı
Manşet

Prezidentin sosial şəbəkə hesablarında VİDEOÇARX paylaşıldı

12/03/2026 21:24
56
İlham Əliyev Fərman imzaladı
Manşet

İlham Əliyev Fərman imzaladı

12/03/2026 15:08
55
Ermənistanla sülh yalnız kağız üzərində deyil- İlham Əliyev
Manşet

Ermənistanla sülh yalnız kağız üzərində deyil- İlham Əliyev

12/03/2026 11:13
64
Dövlət başçısından neft qiymətlərindəki artımla bağlı AÇIQLAMA
Manşet

Dövlət başçısından neft qiymətlərindəki artımla bağlı AÇIQLAMA

12/03/2026 11:10
60
Prezident:“Təhlükəsizlik olmadan bütün başqa səylər mənasızdır”
Manşet

Prezident:“Təhlükəsizlik olmadan bütün başqa səylər mənasızdır”

12/03/2026 10:28
62

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ərdoğandan dünya gündəmi ilə bağlı təsirli çıxış – VİDEO

Ərdoğandan dünya gündəmi ilə bağlı təsirli çıxış – VİDEO

13/03/2026 23:58
51
Bakıda kafedə ÖLÜM

Bakıda kafedə ÖLÜM

13/03/2026 21:59
52
DİM sədri abituriyentlərin narazılıqlarına cavab verdi: Tövsiyə edərdim…

DİM sədri abituriyentlərin narazılıqlarına cavab verdi: Tövsiyə edərdim…

13/03/2026 21:16
57
SON DƏQİQƏ! SEPAH açıqlama yaydı

SON DƏQİQƏ! SEPAH açıqlama yaydı

13/03/2026 21:14
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
68

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

09/03/2026 07:04
74

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
80

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.