Jan-Noel Barro Venesuela prezidentinin siyasətini tənqid etdi, lakin Parisin “səsi üstünlük təşkil etməli olan” Venesuela xalqının suverenliyinə hörmətlə yanaşdığını söylədi.
Gündəm24.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro ABŞ-ın Venesuelaya müdaxiləsini və prezident Nikolas Maduronun ələ keçirilməsini beynəlxalq hüququn kobud pozuntusu adlandıraraq bunun qlobal təhlükəsizlik üçün ağır nəticələr doğura biləcəyini bəyan edib. O vurğulayıb ki, güc tətbiq etməmək prinsipi pozulub və heç bir siyasi həll kənardan zorla qəbul etdirilə bilməz, Fransa isə Venesuela xalqının suveren seçiminə hörmət edir. Venesuela tərəfi ABŞ-ın mülki və hərbi obyektlərə hücum etdiyini açıqlayıb, fövqəladə vəziyyət elan olunub, ABŞ prezidenti Donald Tramp isə Maduronun Nyu-Yorka aparılacağını təsdiqləyib.
Sədaqət Həsənova














