Göygöl rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gündəm 24.az Teleqraf-ın Qərb bürosuna istinadən xəbər verir ki, “VAZ-2104” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə sürücü, 1999-cu il təvəllüdlü Zakir Bayramov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti orta-ağırdır.













