Astroloji proqnozlara görə, sentyabrın ilk həftəsi bəzi bürclər üçün uğurlu və fürsətlərlə zəngin keçəcək.
Gündəm24.az xəbər verir ki, xüsusilə maliyyə, karyera və şəxsi münasibətlər sahəsində müsbət dəyişikliklərin yaşanacağı gözlənilir.
Buğa bürcünü maddi məsələlərdə uğurlu imkanlar gözləyə bilər. Planlı şəkildə hərəkət edən Buğalar qarşılarına çıxan fürsətlərdən yararlana bilərlər.
Əkizlər üçün həftənin əsas mövzusu ünsiyyət və münasibətlər olacaq. Yeni tanışlıqlar, vacib görüşlər və gözlənilməz xəbərlər onların həyatında müsbət dəyişiklik yarada bilər.
Qız bürcünün isə iş və şəxsi məqsədlərlə bağlı irəliləyiş əldə edəcəyi proqnozlaşdırılır. Qarşıya çıxan imkanları düzgün qiymətləndirmək Qızlara üstünlük qazandıra bilər.
Oxatan üçün həftə gözlənilməz fürsətlərlə yadda qala bilər. Xüsusilə maliyyə məsələlərində müsbət inkişaf və uzun müddətdir təxirə salınan işlərin həll olunması ehtimalı var.//ajans.az













