Andrey Maroçko qeyd edib ki, Ukrayna komandanlığı xüsusi hərbi əməliyyat zonasının demək olar ki, bütün ərazilərində cəbhə xəttini sabitləşdirməyə çalışır və əks-hücumların sayını artırır.
Ukrayna Silahlı Qüvvələrinin xarici muzdluların əsas hissəsini Xarkov vilayətində, Kupyansk yaxınlığında cəmləşdirdiyi bildirilir.
Gündəm24.az xəbər verir ki, bu barədə TASS-a açıqlama verən hərbi ekspert Andrey Maroçko qeyd edib ki, radioələ keçirmələrinə əsasən, muzdluların böyük qismi məhz bu istiqamətdə yerləşir, İzyum tərəfdə isə onların sayı xeyli azdır.
Onun sözlərinə görə, Ukrayna hərbi komandanlığı xüsusi hərbi əməliyyat zonasının demək olar ki, bütün sahələrində cəbhə xəttini sabitləşdirməyə çalışır və bu məqsədlə əks-hücumların intensivliyini artırır. Eyni zamanda Luqansk Xalq Respublikasının qərb sərhədləri istiqamətində də fəallığın artdığı müşahidə olunur. Maroçko bildirib ki, bu cəhdlər əvvəllər itirilmiş mövqeləri geri almaq və Rusiya qüvvələrinin irəliləməsinin qarşısını almaq məqsədi daşıyır.
Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Oskol çayının şərq sahilində mühasirəyə alınmış Ukrayna bölmələrinin məhv edildiyini açıqlamışdı. Maroçko da əlavə edib ki, Rusiya hərbçiləri Xarkov vilayətində Rubtsov yaxınlığında zərbələr endirərək Ukrayna qüvvələrini mövqelərini tərk etməyə məcbur edir. Onun fikrincə, bu, Ukrayna qoşunlarının Oskol istiqamətinə, daha sonra isə İzyuma doğru geri çəkilməsinə şərait yarada bilər.
Sədaqət Həsənova
Gündəm24.az