Bazar, Oktyabr 4, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Heydər Əliyev Azərbaycandır!

03/10/2026 22:40
Manşet, Siyasət
778 49
Heydər Əliyev Azərbaycandır!
685
Paylaşım sayı
951
Baxış sayı

Böyük qələbələr yalnız döyüş meydanında deyil, həm də dövlətçilik qərarlarının düzgün verildiyi vaxt qazanılır.

Çünki döyüş meydanındakı nəticənin arxasında illərlə formalaşan dövlətçilik fəlsəfəsi, siyasi iradə, iqtisadi imkanlar, diplomatik mövqe, hərbi hazırlıq və ən başlıcası, qarşıya qoyulmuş strateji məqsədlər dayanır. Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfərə də yalnız 44 günlük müharibənin hadisələri kontekstində baxmaq bu qələbənin siyasi və dövlətçilik mahiyyətini tam izah etmir.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi bir fikir məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır: “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi”. Əlbəttə, bu sözlər Azərbaycanın son otuz ildən artıq siyasi tarixinin mahiyyətinə verilən konseptual qiymətləndirmədir. Çünki YAP-ın 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis qurultayı Azərbaycanın dövlətçilik böhranının dərinləşdiyi vaxtda baş tutmuşdu. Həmin qurultayda Heydər Əliyev YAP-ın sədri seçilmişdi.

Prezident İlham Əliyev həmin hadisəni xatırlamaqla Ulu Öndərin hakimiyyətə qayıdışının məhz xalqın tələbi ilə reallaşdığını vurğuladı. Beləliklə, burada söhbət yalnız bir siyasi partiyanın tarixindən getmir. Söhbət Azərbaycanın dərin böhrandan çıxaraq güclənməsi, öz iqtisadi və siyasi imkanlarını formalaşdırması, ordusunu qurması və nəhayət, əsas milli məsələyə – ərazi bütövlüyünün bərpasına nail olmasından gedir.

Bir az geriyə – 90-cı illərin əvvəlinə qayıdaq. SSRİ dağılmışdı. Qarabağ münaqişəsi hərbi mərhələyə keçmişdi. İqtisadi əlaqələr qırılır, idarəçilik zəifləyir, hakimiyyət uğrunda siyasi mübarizə kəskinləşirdi. 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi də siyasi təlatümləri azaltmamışdı.

1992-ci ildə Şuşa və Laçının işğalı, 1993-cü ilin aprelində Kəlbəcərin əldən verilməsi ölkənin təhlükəsizlik sisteminin nə qədər ağır vəziyyətdə olduğunu göstərirdi. Məhz bu məqamda mühüm bir fərq ortaya çıxır: müstəqilliyə sahib olmaq başqa, müstəqilliyi qorumaq və onun institutlarını qurmaq tamam başqa məsələdir. Prezident İlham Əliyev əbəs yerə demir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Çünki dövlətçilik yalnız bayraq, gerb və himndən ibarət deyil. Dövlətçilik siyasi sabitlik, işlək institutlar, iqtisadi resurslar, milli ordu, diplomatik imkanlar və cəmiyyətin ümumi məqsəd ətrafında təşkilatlanması deməkdir. Məhz o dövrdə Azərbaycanın əsas problemi bu resursların parçalanmış vəziyyətdə olmasında idi. AXC-Müsavat hakimiyyəti xalqın yox, şəxsi maraqlardan çıxış edir, ərazilərin işğalında ermənilərin dəyirmanına su tökür, nəticə etibarilə ölkədəki siyasi-hərbi böhran getdikcə dərinləşirdi.

Həmin illərin siyasi tarixinin diqqətçəkən məqamlarından biri də ölkəyə rəhbərlik edən şəxslərin böhran şəraitindəki davranışlarıdır. Əbdürrəhman Vəzirov 1990-cı ilin yanvar hadisələrindən sonra Moskvaya qaçmışdı. Eyni yolu Ayaz Mütəllibov da getmişdi. 1992-ci ilin fevralında baş verən Xocalı soyqırımından sonra Mütəllibov da həmin ilin mayında Bakıdan qaçıb Rusiyaya sığınmışdı. Əbülfəz Elçibəy isə 1993-cü ilin iyun qiyamı zamanı Bakını tərk edərək Naxçıvanın Kələki kəndinə getmişdi

. Beləliklə, 1988-1993-cü illərin siyasi rəhbərlik xəttinə baxanda Vəzirov, Mütəllibov və Elçibəydən sonra Heydər Əliyevin 1993-cü ilin iyununda böhranlı vəziyyətə müdaxilə edərək siyasi məsuliyyəti üzərinə götürməsi arasında ciddi fərq görünür. Bu, mühüm tarixi dərslərdən biridir. Axı liderlik yalnız hakimiyyətdə olmaq deyil, liderlik böhran zamanı sinəsini qabağa verib məsuliyyəti üzərinə götürməkdir, xalqın səsinə səs verməkdir, xalqın qucaqlamaqdır!

Burada YAP-ın təsis qurultayı ilə Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışı arasındakı siyasi əlaqəyə xüsusi diqqət yetirmək lazımdır.

21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi. Heydər Əliyev partiyanın sədri seçildi. Bir neçə ay sonra ölkədəki böhran o həddə çatdı ki, Heydər Əliyevin Bakıya dəvət olunması cəmiyyətin geniş hissəsinin əsas siyasi tələbinə çevrildi. Deməli, 1992-ci ilin noyabrında siyasi təşkilatlanma formasında meydana çıxan proses 1993-cü ilin iyununda dövlət idarəçiliyi mərhələsinə keçdi. Bu mənada YAP-ın təsis qurultayı sadəcə partiya tarixinin başlanğıcı yox, həmin dövrün siyasi böhranına verilən təşkilatlanmış cavab idi. Heydər Əliyevin özündən əvvəlki rəhbərlərdən əsas fərqi isə onda idi ki, o, dövləti taktika ilə deyil, strategiya ilə idarə edirdi. O, xalqı öz hakimiyyətinin mənbəyi hesab edirdi, Azərbaycanı canından da çox sevirdi!

O dövrdə Heydər Əliyev ölkə qarşısında duran əsas vəzifələri eyni strateji xətdə birləşdirmişdi. Müstəqilliyin dayaqlarının möhkəmləndirilməsi, iqtisadi sabitliyin ön plana çıxarılması, beynəlxalq birliyə inteqrasiya, enerji siyasəti, xarici sərmayənin cəlbi, ordu quruculuğu və milli təhlükəsizlik məsələləri geniş miqyas almışdı. O vaxtdan keçən dövr ərzində siyasi xəttin əsas elementləri dəyişmədi. Prezident İlham Əliyev bunu qurultaydakı çıxışında çox aydın şəkildə ifadə etdi: “İllər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır – müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmək”.

Əslində bu cümlə Heydər Əliyevin siyasi irsinin mahiyyətini izah edən əsas formuldur. Çünki vasitələr dəyişir, şərtlər dəyişir, beynəlxalq mühit dəyişir, amma dövlətin strateji maraqları dəyişməz qalır. Azərbaycan cəmiyyəti 2003-cü ildən sonra bunu aydın şəkildə gördü. Ölkənin iqtisadi imkanları çoxaldı. Dövlət institutları daha da möhkəmləndi. Ordu quruculuğu yeni mərhələyə keçdi. Azərbaycanın beynəlxalq əlaqələri əvvəlki illərlə müqayisədə xeyli gücləndi. Azərbaycan 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qalib gəldi. Əlbəttə ki, 44 gün Zəfərin zaman ölçüsüdür.

Zəfərə hazırlığın zaman ölçüsü isə onilliklərlə dayanır. 1990-cı illərin əvvəllərində səriştəsiz rəhbərlərin yarıtmaz fəaliyyəti nəticəsində işğal edilən torpaqlar artıq siyasi bəyanat səviyyəsindən real hərbi nəticə mərhələsinə keçdi. Məhz bu məqamda Heydər Əliyevin müəyyən etdiyi strategiyanın əsas sirri açılır: öz imkanlarına söykənmək, özünə arxalanmaq. Artıq müasir Azərbaycan reallığında müstəqillik 90-cı illərin əvvəlindən fərqli olaraq boş siyasi bəyanat deyil, artıq imkan məsələsidir. Azərbaycan indi öz iqtisadi resurslarına, öz ordusuna, öz diplomatik imkanlarına və öz siyasi iradəsinə arxalanır. Heydər Əliyevin siyasi irsinin mahiyyəti də məhz bu məqamda üzə çıxır. Çünki Heydər Əliyev təməldir, Heydər Əliyev yöndür, Heydər Əliyev fikirdir. Heydər Əliyev gənclikdir, gələcəkdir. Heydər Əliyev sülhdür, yüzillər sonrasını öncədən görə bilməkdir.

Heydər Əliyev müstəqillikdir!

Heydər Əliyev Azərbaycandır!

Oxşarxəbərlər

Sovet Pullarını Yoxlayın: Bu Əskinas 2900 Manata Satıldı
Manşet

Sovet Pullarını Yoxlayın: Bu Əskinas 2900 Manata Satıldı

04/10/2026 00:01
975
“Məni “Söylü”yə oxşatmayın” – VİDEO
Manşet

“Məni “Söylü”yə oxşatmayın” – VİDEO

03/10/2026 22:54
951
Bakıda kanatla sərnişindaşıma olacaq – VİDEO
CƏMİYYƏT

Bakıda kanatla sərnişindaşıma olacaq – VİDEO

03/10/2026 22:35
951
Şəhid anasını ağır söyüşlərlə təhqir edən bloger niyə cəzalandırılmır?
CƏMİYYƏT

Şəhid anasını ağır söyüşlərlə təhqir edən bloger niyə cəzalandırılmır?

03/10/2026 22:23
951
Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı
Manşet

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı

03/10/2026 22:19
975
Bir-birini izləmədən çıxardılar – VİDEO
Manşet

Bir-birini izləmədən çıxardılar – VİDEO

03/10/2026 22:01
951

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sovet Pullarını Yoxlayın: Bu Əskinas 2900 Manata Satıldı

Sovet Pullarını Yoxlayın: Bu Əskinas 2900 Manata Satıldı

04/10/2026 00:01
975
Xaçmazda AĞIR QƏZA: yaralananlar var – FOTO

Xaçmazda AĞIR QƏZA: yaralananlar var – FOTO

03/10/2026 23:30
951
ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib

ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib

03/10/2026 23:20
951
“Məni “Söylü”yə oxşatmayın” – VİDEO

“Məni “Söylü”yə oxşatmayın” – VİDEO

03/10/2026 22:54
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Rusiya XİN-dən Kiyevdəki diplomatlara TƏCİLİ ÇAĞIRIŞ

Rusiya XİN-dən Kiyevdəki diplomatlara TƏCİLİ ÇAĞIRIŞ

03/10/2026 14:04
957

YAP-ın yaranmasına nə səbəb oldu? – TARİXİ FAKTLAR

YAP-ın yaranmasına nə səbəb oldu? – TARİXİ FAKTLAR

02/10/2026 20:25
1k

Dərələyəzin qədim kəndi Ağyar-QƏDİM YURDUN TARİXİ

Dərələyəzin qədim kəndi Ağyar-QƏDİM YURDUN TARİXİ

02/10/2026 08:51
962

Volqoqradda PUA HÜCUMU: Yaşayış binasında yanğın

Volqoqradda PUA HÜCUMU: Yaşayış binasında yanğın

02/10/2026 07:20
960

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.