Cümə axşamı, İyul 2, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı oldu

17/01/2026 00:24
Gündəm, Manşet
74 4
Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı oldu
99
Baxış sayı

Heydər Əliyev Mərkəzində amerikalı heykəltaraş-rəssam Kerol Förmenin (Carole Feuerman) “Suda yenidən doğulanlar” (“Reborn into the Water”) adlı sərgisinin açılış mərasimi keçirilib.

Gündəm24.az xəbər verir ki, sərginin açılışında Alena Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, rəsmi qonaqlar, diplomatlar, tanınmış incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.

Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bildirib ki, Mərkəz bu ili möhtəşəm bir sərgi ilə açır və təqdim olunan layihə ilin ən əlamətdar sərgilərindən olacaq: “Kerol Förmenin yaradıcılığı ilə beynəlxalq sərgilərdə tez-tez rastlaşırdıq və nəhayət, bu əsərləri Azərbaycana gətirə bildik. Eksponatların əksəriyyəti ABŞ-dan, eləcə də Avropanın bir sıra ölkələrindən gətirilib və əsərlərdən biri məhz Bakıda ilk dəfə təqdim olunur”, – deyə Anar Ələkbərov bildirib.

Anar Ələkbərov Kerol Förmenin Azərbaycana ilk dəfə səfər etdiyini, artıq ölkəmizin əsl dostuna çevrildiyini və Azərbaycanın dünyada tanıdılmasına mühüm töhfə verdiyini deyərək ona təşəkkürünü bildirib.

Daha sonra çıxış edən heykəltaraş-rəssam Kerol Förmen söyləyib ki, bütün həyatı boyu incəsənət onun əsas ifadə vasitəsi olub, hekayə anlatmaq üçün alətə, ideyaları araşdırmaq üçün yola, duyğuları paylaşmaq üçün isə ən doğma dilə çevrilib.

O vurğulayıb ki, bu möhtəşəm bina və onun memarlığı sərgi üçün ideal məkandır. Heydər Əliyev Mərkəzində hər bir detal sanki suyun ritmini xatırladır, məkanın ümumi forması isə dalğaları andırır. Heykəltaraşın sözlərinə görə, belə bir gözəlliyin qadın memarın ideyası əsasında ərsəyə gəlməsi xüsusilə təsirlidir.

Kerol Förmen qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər su mövzusuna həsr olunub.

“Su insana həyat verir, qidalandırır, təmizləyir və dəyişdirir. Silsilədə suyun çoxşaxəli təbiəti, eləcə də insanın bu vacib ünsürlə qurduğu mürəkkəb münasibətlər müxtəlif bədii yozumlarla təqdim olunub. Xüsusi məna daşıyan əsərlərimdən biri üzgüçü qadın obrazıdır. Bu əsəri həyatımın ən çətin dönəmlərindən birində yaratmışam. Bu obraz mənim üçün yenidən ayağa qalxmağın və dözümlülüyün simvoludur”, – deyə o əlavə edib.

Qeyd edək ki, “Suda yenidən doğulanlar” sərgisi həm şəxsi hekayədir, həm də daha geniş sosial düşüncəni əks etdirir.

Heykəltaraş ekspozisiyadakı əsərlər vasitəsilə empatiyanı təşviq etməyi, köhnəlmiş düşüncələri aşmağı hədəfləyir.

Müəllifin “Rut” əsəri isə ictimaiyyətə ilk dəfə məhz Heydər Əliyev Mərkəzində təqdim olunub.

Kerol Förmen güclü realist təsirə malik heykəllər yaratmaqla məşhurdur, üzgüçüləri və rəqqasları təsvir edən fiqurativ heykəlləri ilə tanınır.

Bakıda təqdim olunan “Suda yenidən doğulanlar” (“Reborn into the Water”) sərgisi rəssamın 1970-ci illərdəki işlərindən son onilliklərdəki üzgüçü fiqurlarına qədər böyük dövrü əhatə edir.

“Üzgüçülər” seriyası Förmenin incəsənətinin rəmzi ifadəsidir. Qatran, boyanmış bürünc və paslanmayan poladdan hazırlanan heykəllər tamaşaçıları insan bədəninin sarsılmaz gücünü yenidən kəşf etməyə dəvət edir. Rəssam yalnız fiziki gücü nəzərdə tutmur, o, əsərləri ilə həm də şəxsi və ictimai çətinlikləri dəf edən daxili güc barədə düşünməyi vacib bilir.

Kerol Förmenin əsərləri indiyədək dünyanın nüfuzlu məkanlarında sərgilənib. Açıq hava instalyasiyaları Nyu-Yorkda “Park Avenue” və “Central Park”, Nyu-Orleanda “Poydras Corridor”, Parisdə isə “Avenue George V” kimi məkanlarda nümayiş olunub. Bu gün Kerol Förmenin heykəlləri 30-dan çox muzey kolleksiyasını və dünyanın müxtəlif ictimai məkanlarını bəzəyir, özəl kolleksiyalarda saxlanılır.

Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı oldu Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı oldu Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı oldu Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı oldu Heydər Əliyev Mərkəzində Kerol Förmenin sərgisinin açılışı oldu

Oxşarxəbərlər

“Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin”
Manşet

“Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin”

01/07/2026 20:37
64
İlham Əliyev: “Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür”
Manşet

İlham Əliyev: “Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür”

01/07/2026 19:57
59
Alyona Əliyeva paylaşım etdi – FOTO
CƏMİYYƏT

Alyona Əliyeva paylaşım etdi – FOTO

01/07/2026 17:22
56
Ölkə boyu total YOXLAMA: mənşəyi bilinməyən ətlər restoranlara necə daxil olur?
Manşet

Ölkə boyu total YOXLAMA: mənşəyi bilinməyən ətlər restoranlara necə daxil olur?

01/07/2026 14:31
65
İlham Əliyev onları TƏBRİK ETDİ
Manşet

İlham Əliyev onları TƏBRİK ETDİ

01/07/2026 11:20
56
Loru qalası: Tarixin daşlara yazılmış dastanı
Manşet

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

01/07/2026 10:00
59

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Arif Məmmədov vəzifəsindən azad edildi

Arif Məmmədov vəzifəsindən azad edildi

01/07/2026 23:42
50
Fatiməyə iki ay işgəncə verilib – Dəhşətli TƏFƏRRÜAT ortaya çıxdı

Fatiməyə iki ay işgəncə verilib – Dəhşətli TƏFƏRRÜAT ortaya çıxdı

01/07/2026 22:55
50
Hərbi qulluqçu qəza zamanı çaya düşərək ÖLDÜ

Hərbi qulluqçu qəza zamanı çaya düşərək ÖLDÜ

01/07/2026 22:35
50
Tanınmış jurnalistin pulunu oğurladılar: “Mənə zəng edib dedilər ki, İqbal Ağazadə…”

Tanınmış jurnalistin pulunu oğurladılar: “Mənə zəng edib dedilər ki, İqbal Ağazadə…”

01/07/2026 21:31
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Loru qalası: Tarixin daşlara yazılmış dastanı

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

01/07/2026 10:00
59

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

30/06/2026 10:12
102

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

29/06/2026 11:14
76

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
89

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.