Çərşənbə axşamı, May 5, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Heydər Əliyev sosial inkişaf strategiyasının müəllifidir” mövzusunda tədbir keçirildi – FOTO

05/05/2026 16:38
CƏMİYYƏT, Manşet
41 1
“Heydər Əliyev sosial inkişaf strategiyasının müəllifidir” mövzusunda tədbir keçirildi – FOTO
53
Baxış sayı

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev sosial inkişaf strategiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Gündəm24.az  xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkil etdiyi tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü, akademik Misir Mərdanov və b. iştirak ediblər. Nazirliyin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirin iştirakçıları görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolardan, Mərkəzin benefisiarlarının Ulu Öndərə həsr edilmiş əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Anar Əliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə misilsiz tarixi xidmətlərini diqqətə çatdırıb. Bildirib ki, Ulu Öndər vətəndaş rifahının təminatını dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi müəyyən edib. 1993-2003-cü illərdə sosial inkişafın təmin olunması üçün Ulu Öndər Heydər Əliyev tərəfindən 60-dan artıq sənəd imzalanıb. Həmin dövrdə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artıb. Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində ölkəmiz böyük nailiyyətlər əldə edib, möhtəşəm tarixi Zəfər qazanıb. Sosial sahədə də mühüm addımlar atılır və dövlətimizin başçısının tapşırıqları ilə son 7 ildə 5 böyük sosial islahat paketi icra olunaraq sosial ödənişlərdə ciddi artımlar edilib.
Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti də xalqa, dövlətə xidmət məramına söykənir və Prezident cənab İlham Əliyevin Sədri olduğu Partiya ölkəmizin dinamik və hərtərəfli inkişafı proseslərində böyük xidmətlər göstərir.
Tahir Budaqov bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk növbədə ölkədə dərin sosial-iqtisadi böhranın aradan qaldırılmasına nail olub, iqtisadi sabitliyi təmin etməklə yanaşı, sosial sahədə əsaslı islahatların təməlini qoyub. Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilib. Ümummilli Lider Heydər Əliyev rəhbərliyi dövründə ölkəmizdə sosial siyasətin institusional əsasları yaradılıb, cəmiyyətin bütün təbəqələri dövlət qayğısı ilə əhatə olunub. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” fikri sosialyönümlü siyasətin əsasını təşkil edir. Ardıcıl olaraq genişmiqyaslı sosial paketlərin icrası da bu siyasətin bariz nümunəsidir.
YAP-ın proqramında da sosialyönümlü siyasətin əsas istiqamətlərdən biri olduğunu qeyd edən Tahir Budaqov Partiyanın Ulu Öndərin ideyalarına sadiq qalaraq sosial ədalət, vətəndaş rifahı, güclü dövlət prinsiplərinin həyata keçirilməsində fəal iştirak etdiyini bildirib.
Musa Quliyev müstəqil Azərbaycan dövlətinin sosial inkişaf strategiyasının müəllifi olan Ümummilli Lider Heydər Əliyevin əhalinin sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. O, Ulu Öndərin tapşırıqları əsasında ölkənin sosial qanunvericilik bazasının yaradılması üçün aparılan işlərdən bəhs edib. Misir Mərdanov Ümummilli Lider Heydər Əliyevin sosial sahənin, milli təhsil sisteminin inkişafı naminə göstərmiş olduğu xidmətləri diqqətə çatdırıb.
Daha sonra Nazirliyin 64 əməkdaşına YAP-ın üzvlük vəsiqələri təqdim edilib. Nazirlik sistemi üzrə YAP üzvləri olan əməkdaşların sayının 5500-ə yaxın olduğu qeyd olunub. Partiyaya yeni üzv qəbul edilən əməkdaşlar göstərilən yüksək inam və etimada görə minnətdarlıqlarını ifadə ediblər.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının ifalarından ibarət inklüziv konsert proqramı təqdim olunub.

Oxşarxəbərlər

Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ
CƏMİYYƏT

Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ

05/05/2026 20:37
51
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
CƏMİYYƏT

Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ

05/05/2026 19:39
52
Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək – VİDEO
CƏMİYYƏT

Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək – VİDEO

05/05/2026 19:39
50
Bu dövlət qurumu ləğv edildi
CƏMİYYƏT

Bu dövlət qurumu ləğv edildi

05/05/2026 18:38
51
Evlilikdə gözlənilməz dəyişiklik: Minlərlə qadın ikili…
CƏMİYYƏT

Evlilikdə gözlənilməz dəyişiklik: Minlərlə qadın ikili…

05/05/2026 17:15
63
Sumqayıt Dövlət Universitetinin yeni rektoru Nurəli Yusifbəyli kimdir? – DOSYE
CƏMİYYƏT

Sumqayıt Dövlət Universitetinin yeni rektoru Nurəli Yusifbəyli kimdir? – DOSYE

05/05/2026 16:50
67

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ

Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ

05/05/2026 20:37
51
Rusiya ilə sərhədi bağladılar

Rusiya ilə sərhədi bağladılar

05/05/2026 19:59
50
Tehranda ticarət mərkəzində yanğın baş verdi

Tehranda ticarət mərkəzində yanğın baş verdi

05/05/2026 19:50
50
Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək – VİDEO

Azərbaycan Türkiyə ilə birgə PUA istehsal edəcək – VİDEO

05/05/2026 19:39
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Regional gərginlik pik həddə: İran dəniz nəqliyyatına sərt mesaj verdi

Regional gərginlik pik həddə: İran dəniz nəqliyyatına sərt mesaj verdi

04/05/2026 10:56
58

Dəniz əməliyyatı şok yarattı: İran bayraqlı gəmi ABŞ tərəfindən saxlanıldı

Dəniz əməliyyatı şok yarattı: İran bayraqlı gəmi ABŞ tərəfindən saxlanıldı

04/05/2026 09:42
56

Şou faciəyə çevrildi: Biri uşaq olmaqla 3 nəfər həyatını itirdi

Şou faciəyə çevrildi: Biri uşaq olmaqla 3 nəfər həyatını itirdi

04/05/2026 07:26
57

Moskva yenə hədəfdə: Daha iki dron məhv edildi

Moskva yenə hədəfdə: Daha iki dron məhv edildi

04/05/2026 06:33
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.