Hindistanın Maharaştra ştatında nazir müavini Ajit Pavarın da daxil olduğu beş nəfər onu aparan kiçik təyyarənin qəzaya uğraması nəticəsində həlak olub. Qəzanın səbəbi hələlik açıqlanmayıb.
Gündəm24.az xəbər veri ki, Sputnik Türkiyənin məlumatina görə, Hindistanın Maharaştra ştatında baş verən təyyarə qəzasında Maharaştra nazirinin müavini Ajit Pavarın həlak olduğu açıqlanıb . Hindistan Mülki Aviasiya Baş İdarəsi (DGCA) təyyarədə olan beş nəfərin hamısının öldüyünü açıqlayıb.
Maharaştra ştatının Baramati şəhərində baş verən təyyarə qəzası ağır nəticələrlə yadda qalıb. Hadisə zamanı siyasətçi Ajit Pawarın iki əməkdaşı və iki ekipaj üzvü həyatını itirib. Qəza yerindən yayılan görüntülərdə təyyarə qalıqları alov və qatı tüstü içindədir.
Hindistanın Baş naziri Narendra Modi X sosial şəbəkəsində paylaşım edərək qəza nəticəsində yaxınlarını itirən ailələrə başsağlığı verib və bu çətin dövrdə onlara güc və cəsarət arzuladığını bildirib.
Sədaqət Həsənova













