Şənbə, May 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlham Əliyev 2 fərman imzaladı

06/05/2026 16:51
Manşet, Siyasət
49 2
İlham Əliyev 2 fərman imzaladı
65
Baxış sayı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 388-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Gündəm24.az fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 45-1.1-ci maddəsində, 97.4-cü maddəsinin birinci cümləsində və 150.4-cü maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 45-1.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;
1.3. həmin Məcəllənin 97.4-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Məcəllənin 150.4-cü maddəsinin üçüncü cümləsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” informasiya sistemi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. iki ay müddətində:
2.1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqan barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.1.2. həmin Məcəllənin 528-3.6-cı və 528-3.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 388-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231, № 4 (I kitab), maddələr 325, 338, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 7, maddə 649, № 8, maddələr 746, 754, № 9, maddə 820, № 11, maddə 1018; 2026, № 1, maddələr 36, 41, № 2, maddələr 117, 123; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 12 mart tarixli 617 nömrəli, 13 mart tarixli 619 nömrəli, 16 mart tarixli 622 nömrəli və 14 aprel tarixli 642 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4-cü hissə üzrə:
3.1.1. 4.1-ci bəndə “97.5” rəqəmlərindən əvvəl “97.4-cü maddəsinin birinci cümləsində,” sözləri əlavə olunsun və həmin bənddə “127-4.3” rəqəmləri “127-4.3-cü maddələrində, 150.4-cü maddəsinin üçüncü cümləsində” sözləri ilə əvəz edilsin;
3.1.2. 4.9-cu bənddən “97.4,” rəqəmləri çıxarılsın;
3.1.3. 4.14-1-ci bəndə ikinci halda “maddələrində” sözündən sonra “və 150.4-cü maddəsinin üçüncü cümləsində” sözləri əlavə edilsin;
3.1.4. 4.53-cü bəndə “cümlələrində” sözündən sonra “, 97.4-cü maddəsinin birinci cümləsində” sözləri əlavə edilsin;
3.2. 5-ci hissə üzrə:
3.2.1. 5.1-ci bəndə “157,” rəqəmlərindən sonra “189-4, 189-5,” rəqəmləri əlavə olunsun və həmin bənddə “524” rəqəmləri “523-1, 524, 525-1” rəqəmləri ilə əvəz edilsin;
3.2.2. 5.42-ci bənddə “410” rəqəmləri “410.1” rəqəmləri ilə əvəz edilsin;
3.2.3. 5.44-cü bəndə “445,” rəqəmlərindən sonra “445-1 (bu Fərmanın 5.50-3-cü bəndi nəzərə alınmaqla),” sözləri əlavə edilsin;
3.2.4. aşağıdakı məzmunda 5.50-3-cü bənd əlavə edilsin:
“5.50-3. həmin Məcəllənin 445-1.1-ci, 445-1.2-ci, 445-1.4-cü və 445-1.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, həmin inzibati xətalar dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində aşkar edildikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi baxır;”;
3.2.5. 5.64-cü bənd aşağıdakı redaksiyada verilsin:
“5.64. həmin Məcəllənin 391-1-ci, 432-1.1-ci, 432-1.2-ci, 528-3.1-ci, 528-3.3 – 528-3.5-ci, 562.3-cü və 579 – 582-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi baxır;
3.2.6. 5.68-ci bənd ləğv edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948, № 12 (l kitab), maddələr 1294, 1295, (ll kitab), maddə 1378; 2025, № 2, maddə 127, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 8, maddə 746, № 9, maddə 820; 2026, № 1, maddə 41, № 2, maddə 117; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 13 mart tarixli 619 nömrəli və 16 mart tarixli 622 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci və 2.5-ci bəndlərə “157,” rəqəmlərindən sonra “189-4, 189-5,” rəqəmləri əlavə olunsun və həmin bəndlərdə “524” rəqəmləri “523-1, 524, 525-1” rəqəmləri ilə əvəz edilsin;
4.2. 3.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.5-ci bənd əlavə edilsin:
“3.5. Məcəllənin 528-3.1-ci və 528-3.3 – 528-3.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının İcra xidmətinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının icra üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri.”.
5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127, № 3, maddə 232, № 4 (I kitab), maddə 325, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 8, maddələr 756, 763, № 9, maddə 820, № 10, maddə 898, № 11, maddələr 1018, 1036; 2026, № 1, maddə 36, № 2, maddə 123; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli və 15 aprel tarixli 643 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1-ci hissədən “181.0.2,” rəqəmləri çıxarılsın və həmin hissəyə “525,” rəqəmlərindən sonra “528-3.2,” rəqəmləri əlavə edilsin;
5.2. aşağıdakı məzmunda 58-4-cü hissə əlavə edilsin:
“58-4. Məcəllənin 528-3.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol – ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının İcra xidmətinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Aparatının icra üzrə müvafiq səlahiyyətli struktur qurumunun rəhbəri, yerli icra qurumlarının rəisləri, onların müavinləri.”.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 387-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, № 1, maddələr 24, 33, № 4, maddə 387, № 8, maddə 945; 2025, № 4 (I kitab), maddə 340, № 6, maddə 561, № 7, maddə 633, № 11, maddələr 1036, 1038; 2026, № 1, maddələr 24, 41; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 633 nömrəli Fərmanı) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. ikinci abzasda “242-244” rəqəmləri “242, 243, 244” rəqəmləri ilə əvəz edilsin;
1.2. on üçüncü abzasa “Məcəlləsinin” sözündən sonra “148-2,” rəqəmləri, “216” rəqəmlərindən sonra “, 242-1” rəqəmləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 387-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

Oxşarxəbərlər

Manşet

Prezident və xanımı Cəbrayıla getdi

09/05/2026 14:51
50
Simonyandan Bakı, Ankara mesajı: Səhvləri təkrarlamamalıyıq
Dünya

Simonyandan Bakı, Ankara mesajı: Səhvləri təkrarlamamalıyıq

09/05/2026 13:00
53
İlham Əliyev və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
Manşet

İlham Əliyev və xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

09/05/2026 11:56
54
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər
Manşet

Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdilər

09/05/2026 11:54
53
Faşizm üzərində qələbədən 81 il ötür
CƏMİYYƏT

Faşizm üzərində qələbədən 81 il ötür

09/05/2026 10:37
56
“Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqının taleyini dəyişmək amalı ilə yaşayıb” – MİLLƏT VƏKİLİ
Manşet

“Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqının taleyini dəyişmək amalı ilə yaşayıb” – MİLLƏT VƏKİLİ

09/05/2026 10:12
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu dəfə piyadanı təyyarə vurdu

Bu dəfə piyadanı təyyarə vurdu

09/05/2026 15:53
50
Dollarla bağlı vacib MƏLUMAT: Əvvəl ucuzlaşacaq…

Dollarla bağlı vacib MƏLUMAT: Əvvəl ucuzlaşacaq…

09/05/2026 15:43
50
Azərbaycanlı qadın Almaniyada İTKİN DÜŞDÜ

Azərbaycanlı qadın Almaniyada İTKİN DÜŞDÜ

09/05/2026 15:25
50
Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu

09/05/2026 14:57
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Trampdan İrana SON XƏBƏRDARLIQ: Hörmüzdə əməliyyatlar yenidən başlaya bilər

Trampdan İrana SON XƏBƏRDARLIQ: Hörmüzdə əməliyyatlar yenidən başlaya bilər

09/05/2026 07:23
55

Kreml Qərbə çağırış etdi: Zelenski ilə bağlı siqnallar görməzlikdən gəlinməsin

Kreml Qərbə çağırış etdi: Zelenski ilə bağlı siqnallar görməzlikdən gəlinməsin

09/05/2026 06:53
54

Müharibə yenidən alovlandı: Rusiya PUA-larla hücuma keçdi

Müharibə yenidən alovlandı: Rusiya PUA-larla hücuma keçdi

08/05/2026 08:47
61

Körfəzdə gərgin gecə: BƏƏ raket və PUA hücumlarına cavab verir

Körfəzdə gərgin gecə: BƏƏ raket və PUA hücumlarına cavab verir

08/05/2026 07:34
55

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.