Cümə axşamı, Fevral 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlham Əliyev Xocavənddə: şəhər və kənd sakinləri ilə görüşdü – YENİLƏNİB

25/02/2026 19:48
Manşet, Siyasət
40 1
İlham Əliyev Xocavənddə: şəhər və kənd sakinləri ilə görüşdü – YENİLƏNİB
52
Baxış sayı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar. Gündəm24.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə həyata keçirilmiş sosial layihələr barədə məlumat verdi.Bildirildi ki, Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxil olan bu kənd 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Burada ümumilikdə 278 fərdi ev var. Onlardan 128-i yararsız, 150-si isə qismən yararlıdır. Qismən yararlı evlərin 20-si artıq təmir olunub, bu il daha 130 evdə təmir işləri aparılacaq.

Bu ilin fevralında Xocavənd kəndinə 20 ailə – 94 nəfər qayıdıb. Cari ilin mart-dekabr aylarında kəndə daha 130 ailə – 533 nəfərin qayıtması planlaşdırılır.

Ötən müddət ərzində kənddə bir sıra sosialyönümlü işlər görülüb. Belə ki, 5 kilometr uzunluğunda daşıyıcı qaz xətti çəkilib, 1500 metr uzunluğunda mövcud xətt bərpa edilib. Bundan başqa, 2100 metr uzunluğunda 0,4 kV-luq mövcud xətlər və 2 transformator məntəqəsi bərpa olunub.

Kənddaxili yollar asfaltlanıb, piyada yolları çəkilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Görülmüş işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə köçmüş sakin Rizvan İbrahimovun evində yaradılmış şəraitlə tanış oldular və söhbət etdilər.

Prezident İlham Əliyev: Salamaleyküm.

Qadın sakin: Salam, xoş gəlmisiniz.

Birinci xanım Mehriban Əliyeva: Xoş gördük.

Digər qadın sakin: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Salam.

Birinci xanım Mehriban Əliyeva: Xoş gördük, salam, gözəl.

Prezident İlham Əliyev: Necə yerləşmisiniz?

Kişi sakin: Çox əla, hər şey əladır. Allah sizdən razı olsun.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Keçin içəri.

Prezident İlham Əliyev: Ev şəraiti necədir?

Kişi sakin: Çox əladır, hər şey əladır.

Prezident İlham Əliyev: Yaxşı, razısınızmı?

Kişi sakin: Allah sizdən razı olsun. Allah sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm sizi, doğma Vətənə qayıtmaq münasibətilə.

Kişi sakin: Çox sağ olun, Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Siz özünüz buralısınız?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Bu kənddə yaşamısınız?

Kişi sakin: Bəli. O vaxt rəhmətlik Ulu Öndər də gəlmişdi buraya.

Prezident İlham Əliyev: Bu kəndə gəlmişdi?

Kişi sakin: Bəli. Səhv etmirəmsə, 1979-cu ildə.

Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

Kişi sakin: Bakıda.

Prezident İlham Əliyev: Şərait necə idi?

Kişi sakin: Belə də, şükür. Amma burada olsaydıq, daha yaxşı olardı.

Prezident İlham Əliyev: İndi 35 ildən sonra buradasınız. Sizi neçənci ildə buradan çıxardıblar, 1991-də?

Kişi sakin: Vertolyot partlayan gün, həmin gün bizi çıxartmışdılar. Sonra vertolyotla gələndə onları da şəhid etdilər.

Prezident İlham Əliyev: Buraya yaxınlıqda idi?

Kişi sakin: Bəli, Qarakənddə idi.

Prezident İlham Əliyev: Buradan oraya məsafə nə qədərdir?

Kişi sakin: 17 kilometrdir.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi. Xoşbəxt yaşayın doğma Qarabağ torpağında, doğma kəndinizdə.

Qadın sakin: Çox sağ olun, minnətdarıq.

Kişi sakin: Çox sağ olun, hamısı Sizin sayənizdə. Allah Sizi var eləsin. Allah şəhidlərimizə rəhmət eləsin.

Qadın sakin: Çox sevinirik, sevincimizin həddi-hüdudu yoxdur.

Kişi sakin: Siz bizə dünyanı bəxş etmisiniz, Quran haqqı. Nə deyiriksə, ürəkdən deyirik, elə-belə yox. Siz bizə yeni həyat vermisiniz.

Qadın sakin: Sizin, Mehriban xanımın bizim ailənin qonağı olmağınız bizim sevincimizi ikiqat artırıb. Bu qayğıya görə Sizə minnətdarıq, çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, siz buna layiqsiniz. Uzun illər köçkün həyatı yaşamısınız əzab-əziyyət içində. Artıq o dövr tarixdə qaldı.

Kişi sakin: Allah köməyiniz olsun, Allah Sizi var eləsin.

Birinci xanım Mehriban Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.

Prezident İlham Əliyev: Bəli, gedək.

Burada maldarlıq üçün yaxşı şərait var. Su necə?

Kişi sakin: Var, buranın hər yeri münbitdir. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Həyətyanı sahə də var?

Kişi sakin: Var, 15 sot torpaq var.

Prezident İlham Əliyev: Torpaq yəqin ki, ayrılacaq.

Kişi (rəsmi şəxs): Həyətyanı sahə 20 sotdan çoxdur.

Prezident İlham Əliyev: Mal-qaran da var, yoxsa yox?

Kişi sakin: İnşallah, olacaq.

Prezident İlham Əliyev: Əlbəttə, olmalıdır.

Kişi (rəsmi şəxs): Burada heyvandarlıq kompleksləri, fermalar var.

Prezident İlham Əliyev: Yəni dolanışıq burada yaxşı olacaq.

Qadın sakin: İnşallah.

Prezident İlham Əliyev: Artıq sizdən asılıdır, dövlət nə lazımdırsa edib.

Kişi sakin: Əlbəttə, Allah dövlətimizi qorusun, Sizi qorusun, ailənizi qorusun, nəvələrinizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun, cansağlığı arzulayıram. Xoşbəxt yaşayın.

16:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.

Gündəm24.az xəbər verir ki, sonra dövlətimizin başçısı, birinci xanım və qızları Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanış olublar.

1 43 2 48 3 18 4 4 5 2 6 1

Oxşarxəbərlər

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür
Gündəm

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür

26/02/2026 00:02
53
Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi – FOTO
Manşet

Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi – FOTO

25/02/2026 22:36
52
İlham Əliyev Xocalının Xanabad kəndində – FOTOLAR
Manşet

İlham Əliyev Xocalının Xanabad kəndində – FOTOLAR

25/02/2026 22:26
52
“Dadına baxın, təndir çörəyidir” – İlham Əliyev – VİDEO
Manşet

“Dadına baxın, təndir çörəyidir” – İlham Əliyev – VİDEO

25/02/2026 21:49
50
“Son 80 ildə belə qələbə olmayıb” – İlham Əliyevdən bəyanat
Manşet

“Son 80 ildə belə qələbə olmayıb” – İlham Əliyevdən bəyanat

25/02/2026 21:15
50
İlham Əliyevdən sərt mesaj: “Bundan sonra heç kim…”
Manşet

İlham Əliyevdən sərt mesaj: “Bundan sonra heç kim…”

25/02/2026 20:50
51

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür

26/02/2026 00:02
53
Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi – FOTO

Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi – FOTO

25/02/2026 22:36
52
İlham Əliyev Xocalının Xanabad kəndində – FOTOLAR

İlham Əliyev Xocalının Xanabad kəndində – FOTOLAR

25/02/2026 22:26
52
Tarix Əliyevə yeni vəzifə verildi

Tarix Əliyevə yeni vəzifə verildi

25/02/2026 22:08
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Tehran Vaşinqtona Cavab Verdi – Raket və Nüvə Açıqlamaları “Yalandır”

Tehran Vaşinqtona Cavab Verdi – Raket və Nüvə Açıqlamaları “Yalandır”

25/02/2026 11:01
53

Kartel Başçısı Məhv Edildi, Ölkədə Gərginlik Artdı

Kartel Başçısı Məhv Edildi, Ölkədə Gərginlik Artdı

25/02/2026 09:55
53

24 Saatda Böyük Zərbə – Ukrayna Qüvvələri Ciddi Itki Verdi

24 Saatda Böyük Zərbə – Ukrayna Qüvvələri Ciddi Itki Verdi

25/02/2026 07:45
53

Türkiyədən Açıqlama – ABŞ və İranla Bağlı Xəbərlərə Reaksiya

Türkiyədən Açıqlama – ABŞ və İranla Bağlı Xəbərlərə Reaksiya

25/02/2026 02:47
53

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.