Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“İnsanların həyatı ilə oynayırlar” – Vaxtı keçmiş limonadlarla bağlı sərt ittiham

27/07/2026 16:49
Manşet, Müsahibə
832 8
“İnsanların həyatı ilə oynayırlar” – Vaxtı keçmiş limonadlarla bağlı sərt ittiham
696
Paylaşım sayı
966
Baxış sayı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vaxtı bitmiş məhsulların yenidən satışa çıxarılması cəhdinİ aşkarlayıb. Müəssisələrdən birinə baxış zamanı “Vintage Limonad” və “Vintage Cola” məhsullarının bir hissəsinin son istifadə tarixinin dəyişdirildiyi, bir hissəsinin tarixlərinin silindiyi, digər hissəsinin isə yararlılıq müddətinin bitdiyi müəyyən olunub.

Bəs vaxtı keçmiş limonadlar nə dərəcdə təhlükəlidir?

Qida eksperti İlkin Şirinov Redaktor.az-a açıqlamasında bildirdi ki, ümumiyyətlə, vaxtı keçmiş məhsullarla bağlı hər zaman reydlər təşkil olunur, amma nədənsə bu reydlər məhsullar istehlakçının qarşısına çıxandan sonra təşkil olunur:

“Yəni məhsulun vaxtı keçir və o, istehlakçının qarşısına vaxtı keçmiş məhsul kimi çıxır və ondan sonra bu reydlər başlanılır. Əsas məsələ istehsalçının istehsal etdiyi yerdə monitorinqlərin aparılmasıdır. Çünki məhsulların vaxtı keçdikdən sonra mağazalar tərəfindən, satış nöqtələri tərəfindən qaytarılması həyata keçirilir. Amma həmin qaytarılma həyata keçirildikdən sonra həmin istehsalçı müəssisələr və ya distribyutor şirkətlər həmin məhsulu apardıqdan sonra həmin məhsulun sonrakı taleyi necə olur, artıq o, sual altında olur. Çünki ictimaiyyətə, istehlakçılara, müştərilərə həmin məhsulun utilizasiyası ilə bağlı heç bir məlumat verilmir. Həmin utilizasiya hansı formada həyata keçirilir, onunla bağlı hər hansı görüntülər də paylaşılmır. Onunla bağlı hər hansı fotolar da paylaşılmır. Ya bunu şirkətlər öz imiclərinə zərbə kimi qiymətləndirirlər ki, biz məhsulun utilizasiya prosesini çəkib göstərsək, ictimaiyyətə məlumat versək, sosial platformalarda paylaşsaq, bu, yəqin ki, bizim əleyhimizə işlənən bir məsələ olar. Amma əslində bu, müştərilərlə həmin şirkət arasında bir bağın olmasının göstəricisi ola bilər”.

Onun sözlərinə görə, vaxtı keçmiş limonadın təhlükəsi təkcə dadının dəyişməsi ilə məhdudlaşmır:

“Qazlı, sərinləşdirici içkilərdə son istifadə tarixi məhsulun keyfiyyətinin, təhlükəsizliyinin təmin olunduğu müddəti göstərən bir məsələdir. Bu tarix keçdikdən sonra içkinin dadı, qoxusu və kimyəvi tərkibi dəyişə bilir. Əgər məhsul qablaşdırmada zədələnibsə və mikroorqanizmlərin inkişaf riski varsa, əlavə olaraq burada əsas məsələ odur ki, məhsulun markalanmasında bir pozuntu olarsa, məhsulun qapağında bir pozuntu olarsa, bu tərkib dəyişikliyi ilə bərabər artıq müştərinin və ya istehlakçının məlumatsızlığı məsələsi də ortaya çıxa bilər.

Bir də saxlama şəraiti məsələsi var ki, məhsulun, ola bilər ki, istifadə və son istifadə tarixi yerindədir, amma məhsulun saxlama şəraitinə düzgün əməl olunmayıbsa, artıq məhsulun tərkibində dəyişiklik baş verə bilir. İstehlakçılar son istifadə tarixi silinmiş, dəyişdirilmiş və üzərində saxtalaşdırma əlamətləri olan məhsulları qətiyyən almamalıdırlar. Burada artıq keyfiyyətsiz məhsuldan söhbət getmir, burada artıq qida təhlükəsizliyinin kobud surətdə pozulmasından və istehlakçıların sağlamlığı məsələsindən söhbət gedir.

Bu cür halların aşkarlanması, təbii ki, müsbət addımdır, lakin burada bəzi məsələlər var. Əgər məhsulların son istifadə tarixini dəyişmək və ya silmək mümkün olubsa, deməli, həmin məhsullar müəyyən müddət nəzarətsiz qalıblar və ya nəzarətdən kənarda qalıblar. İstehlakçılar da haqlı olaraq AQTA-dan soruşa bilərlər ki, bu məhsullar neçə gün satışda qalıb? Neçə nəfər onları alıb istifadə edib? Və ya bu məhsulların vaxtı dəyişdirilərək satışa neçə partiyası gedib? Yəni haqlı olaraq bu suallar ortaya çıxa bilər”.

İ.Şirinov vurğuladı ki, qida təhlükəsizliyi sahəsində əsas məqsəd pozuntunu sonradan üzə çıxarmaq deyil, onun baş verməsinin qarşısını almaqdır:

“Müntəzəm və effektiv nəzarət mexanizmi, təbii ki, mümkün olmalıdır və bunu həyata keçirmək vacibdir.

Son dövrlərdə, təbii ki, bu, artıq sanki bir adət halını alıb. Müəssisələrdə son istifadə tarixi, markalanma, məhsulun dövriyyəyə buraxılması ilə bağlı ciddi pozuntulara rast gəlinir. Bu isə istehlakçılar arasında haqlı narazılıq yaradır. Qida istehsalı ilə məşğul olan bütün müəssisələrə nəzarətin daha sərt olması artıq, belə deyək, onun zamanı gəlib çatıb. Nəzarət sanki daha sərt formaya keçməlidir ki, işbazlar mütəmadi olaraq müştərilərin, istehlakçıların həyatı ilə oynamasınlar. Bir məhsulun, bir limonadın, hər hansı bir şirənin vaxtını silib yenidən satışa qaytarmaq hansısa bir ailənin, hansısa bir insanın taleyi ilə oynamaq deməkdir”.

Oxşarxəbərlər

3 bürc üçün şanslı həftə
Manşet

3 bürc üçün şanslı həftə

21/09/2026 17:07
964
Rusiya mane olmaq istədi, Heydər Əliyev xalqa səsləndi – Ölkənin taleyini dəyişən hadisə
Manşet

Rusiya mane olmaq istədi, Heydər Əliyev xalqa səsləndi – Ölkənin taleyini dəyişən hadisə

21/09/2026 17:00
965
Erməni müxalifət yenə Azərbaycanla qorxudur
Manşet

Erməni müxalifət yenə Azərbaycanla qorxudur

21/09/2026 16:48
957
Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA
CƏMİYYƏT

Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA

21/09/2026 16:47
965
“Sumqayıt” basketbol klubuna yeni baş məşqçi təyin olundu
İdman

“Sumqayıt” basketbol klubuna yeni baş məşqçi təyin olundu

21/09/2026 16:46
954
Afra Saraçoğlu hava limanında saxlanıldı
Dünya

Afra Saraçoğlu hava limanında saxlanıldı

21/09/2026 16:45
961

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

5 yaşlı uşağı olanların nəzərinə

5 yaşlı uşağı olanların nəzərinə

21/09/2026 17:25
972
3 bürc üçün şanslı həftə

3 bürc üçün şanslı həftə

21/09/2026 17:07
964
Rusiya mane olmaq istədi, Heydər Əliyev xalqa səsləndi – Ölkənin taleyini dəyişən hadisə

Rusiya mane olmaq istədi, Heydər Əliyev xalqa səsləndi – Ölkənin taleyini dəyişən hadisə

21/09/2026 17:00
965
SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI

SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI

21/09/2026 16:51
964

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.