Cəlalinin sözlərinə görə, beş Xəzəryanı dövlət bu problemi həll etmək üçün bir neçə sahədə əməkdaşlıq edir.
Gündəm24.az xəbər verir ki, İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib ki, Qərb Xəzəryanı dövlətlərin regional məsələlərinə müdaxilə etməməlidir. Diplomat vurğulayıb ki, Xəzər dənizinin ehtiyatları yalnız beş Xəzəryanı dövlət tərəfindən, xarici güclərin iştirakı olmadan idarə olunmalıdır.
Cəlali qeyd edib ki, beş Xəzəryanı dövlət təhlükəsizlik, iqtisadiyyat və ətraf mühit sahələrində əməkdaşlığı gücləndirir, nazir və zirvə görüşləri keçirir və 2018-ci il Xəzər Dənizi Konvensiyasına əsaslanan ortaq hüquqi çərçivə hazırlayır. Onun sözlərinə görə, bu çərçivə Xəzər dənizində qeyri-regional dövlətlərin hərbi mövcudluğunu əngəlləməyi hədəfləyir.
Sədaqət Həsənova














