Narkotik istintaqı çərçivəsində saxlanılan Hüzur Giyim-in varisi Abdullah Gençal məhkəmə tərəfindən həbs olunaraq həbsxanaya göndərilib.
Məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində yeni həbslər həyata keçirilib.
Gündəm24.az xəbər verir ki, Sputnik Türkiye-nin məlumatına görə, Narkotik istintaqı çərçivəsində Hüzur Giyim-in varisi Abdullah Gençal məhkəmə qərarı ilə həbs edilərək həbsxanaya göndərilib. İstintaq çərçivəsində sosial media fenomeni Bilal Hancıya səyahət qadağası və ev dustaqlığı tətbiq olunub. Jurnalistlər Mehmet Üstündağ və İbrahim Barut isə məhkəmə nəzarəti tədbirləri çərçivəsində səyahət qadağası və müntəzəm qeydiyyat tələbinə məruz qalıblar.
Sədaqət Həsənova














