Cümə axşamı, Aprel 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İşıq saçan ömrün 60 ili-FOTOLAR

05/11/2025 19:06
CƏMİYYƏT, Manşet, Özəl, Qərbi Azərbaycan
129 8
İşıq saçan ömrün 60 ili-FOTOLAR
52
Paylaşım sayı
174
Baxış sayı

Bu gün Nizami Zaman oğlu İsgəndərovun 60 illik yubileyi münasibətilə Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyində tədbir keçirilib.
Gündəm24.az xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının nümayəndələri, Sumqayıt nümayəndəliyinin idarə heyətinin və şura üzvləri, ziyalılar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Qərbi Azərbaycan İcmasının Sumqayıt Şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov açaraq yubilyarı səmimi qəlbdən təbrik edib. O, Nizami İsgəndərovun həm dövlət qulluğunda, həm də ictimai və xeyriyyə sahəsində qazandığı böyük xidmətlərdən bəhs edib.
Ramiz İsmayılov qeyd edib ki, Nizami müəllim yalnız bir vəzifə adamı deyil, həm də insanlara mərhəmət, qayğı və ədalət prinsiplərini həyatının əsas meyarına çevirən bir şəxsiyyətdir.

Daha sonra gənc fəal Məleykə Xankişiyeva Nizami İsgəndərovun həyat və fəaliyyəti haqqında geniş təqdimatla çıxış edib. O, bildirib ki, Nizami müəllimin ömür yolu xalqına və dövlətinə sədaqət nümunəsidir. Onun ictimai fəallığı, gənclərlə işləməyə və xeyriyyə işlərinə verdiyi önəm bir çoxlarının həyatında dərin iz buraxıb.
Məruzədə həmçinin vurğulanıb ki, Nizami müəllimin xeyirxahlıq və mərhəmət dolu davranışları onun atası, Zaman İsgəndərovun həyat fəlsəfəsindən qaynaqlanır. Bu nəcib xüsusiyyətlər bir ailə dəyərləri kimi nəsildən-nəsilə ötürülərək bu gün də yaşadılır.

Ardınca çıxış edən natiqlər yubilyarın həyat yoluna və fəaliyyətinə həsr olunmuş səmimi fikirlər səsləndiriblər.QAİ-nin Sumqayıt şəhər nümayəndəliyinin
idarə heyətinin üzvü Xankərəm Vəliyev çıxışında qeyd edib ki:
“Nizami müəllim uzun illərdir ki, dövlətçilik ənənələrinə sadiq, xalqa yaxın və qayğıkeş bir insan kimi tanınır. Onun gördüyü işlər, davranış tərzi və insanlara münasibəti gənclər üçün əsl örnəkdir. Belə insanlar cəmiyyətin mənəvi dayaqlarıdır.”
Nümayəndəliyin ağsaqqallar şurasının sədri Əbülfəz Əbilov nitqində vurğulayıb ki:
“Nizami müəllimin fəaliyyətində xeyirxahlıq, mərhəmət və insanpərvərlik ön plandadır. O, bu dəyərləri daim yaşadır. Xüsusilə şəhid ailələrinə, aztəminatlı insanlara və yardıma ehtiyacı olanlara göstərdiyi qayğı onun mənəvi zənginliyinin göstəricisidir.”
Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin direktoru Əntiqə Rzayeva çıxışı edərək bildirib ki:
“Nizami müəllim gənclərin və təhsilin inkişafına daim diqqətlə yanaşır. O, gənclərin yaradıcılığa və elmə marağının artması üçün hər zaman dəstək göstərib. Bu, onun gələcəyə inamının və vətənpərvərlik ruhunun təzahürüdür.”
Ziyalılar Şurasının üzvü Akif Şahbazov çıxışında Nizami müəllimin şəxsiyyətini yüksək dəyərləndirərək qeyd edib ki:
“Nizami müəllim həm ziyalı, həm də ləyaqətli bir vətəndaş kimi cəmiyyətdə böyük hörmət qazanıb. O, təvazökarlığı, insanlara olan səmimi münasibəti ilə ətrafında sevgi və etimad mühiti formalaşdırıb.”
Nümayəndəliyin sədr müavini İlkin Şirinov çıxışında qeyd edib ki:
“Nizami müəllim Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin formalaşmasında, fəaliyyət istiqamətlərinin müəyyənləşməsində və təşkilatlanmasında mühüm rol oynayıb. O, həm Qərbi Azərbaycan ideyasına, həm də ümumilikdə milli dəyərlərə sadiq bir şəxsdir.”
Qərbi Azərbaycan İcmasının nümayəndəsi Faiq Kərimov isə çıxışında əsas məqamlara toxunaraq vurğulayıb ki:
“Nizami İsgəndərov Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində yorulmadan çalışır. O, Qərbi Azərbaycan ideyasını yalnız ictimai fəaliyyət səviyyəsində deyil, həm də beynəlxalq platformalarda təbliğ edir, gənclərin bu istiqamətdə maariflənməsinə xüsusi önəm verir.”

Tədbirin sonunda yubilyar Nizami İsgəndərov çıxış edərək göstərilən diqqətə və səmimi sözlərə görə tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib:

“Bu tədbir mənim üçün sadəcə yubiley deyil, həm də bir hesabat günüdür. Həyatda ən böyük mükafat insanın gördüyü işlərə verilən mənəvi dəyər və xalqın sevgisidir. Mən bu sevgini hiss etdiyim üçün özümü xoşbəxt sayıram.”
Daha sonra o əlavə edib ki:
“Biz bu yolda dayanmadan, yorulmadan çalışmalıyıq. Hər birimizin ən böyük arzusu odur ki, bir gün Qərbi Azərbaycan torpaqlarına qayıdaq və bu kimi tədbirlərimizi doğma yurdumuzda – o müqəddəs torpaqlarda qeyd edək. Mən əminəm ki, bu gün gələcəkdə mütləq reallığa çevriləcək.”
Sonda Nizami İsgəndərov Qərbi Azərbaycan İcmasının rəhbərliyinə, tədbirdə iştirak edən bütün dostlarına və həmkarlarına bir daha təşəkkürünü bildirib.
Tədbir iştirakçıları sonda yubilyarı bir daha təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Oxşarxəbərlər

Aprelin 9-u ilə bağlı XƏBƏRDARLIQ
CƏMİYYƏT

Aprelin 9-u ilə bağlı XƏBƏRDARLIQ

08/04/2026 22:03
54
Yararsız tikinti məktəbin inşasına mane olur – VİDEO
CƏMİYYƏT

Yararsız tikinti məktəbin inşasına mane olur – VİDEO

08/04/2026 21:10
57
Azərbaycanın Dini Konfessiya rəhbərlərindən SƏRT BƏYANAT
CƏMİYYƏT

Azərbaycanın Dini Konfessiya rəhbərlərindən SƏRT BƏYANAT

08/04/2026 20:58
65
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
CƏMİYYƏT

Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq

08/04/2026 20:24
56
Qalib Qasımov vəzifəsindən ayrıldı
CƏMİYYƏT

Qalib Qasımov vəzifəsindən ayrıldı

08/04/2026 20:22
56
Bakıda 1600 ev söküləcək – KOMPENSASİYA VERİLƏCƏK?
CƏMİYYƏT

Bakıda 1600 ev söküləcək – KOMPENSASİYA VERİLƏCƏK?

08/04/2026 20:13
65

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

ABŞ İranla atəşkəs rejimini pozdu

ABŞ İranla atəşkəs rejimini pozdu

08/04/2026 22:55
57
Aprelin 9-u ilə bağlı XƏBƏRDARLIQ

Aprelin 9-u ilə bağlı XƏBƏRDARLIQ

08/04/2026 22:03
54
Ofeliyanın qardaşı komaya düşdü

Ofeliyanın qardaşı komaya düşdü

08/04/2026 21:34
56
Ofeliyanın qardaşı komaya düşdü

Ofeliyanın qardaşı komaya düşdü

08/04/2026 21:34
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
139

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
62

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
105

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
129

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.