Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İşsizlər sığorta haqqını necə ödəyəcək? – Qayda belə imiş

10/12/2025 10:11
İqtisadiyyat, Manşet
802 51
İşsizlər sığorta haqqını necə ödəyəcək? – Qayda belə imiş
706
Paylaşım sayı
981
Baxış sayı

Dekabrın 9-da Milli Məclis büdcə paketinə daxil olan qanun layihələrini üçüncü oxunuşda qəbul edib. Onların sırasında “Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər də var. Artıq xeyli müddətdir ki, cəmiyyətimizi həmin qanuna edilən mühüm dəyişikliklərdən biri ilə əlaqədar bu sual maraqlandırır: işsizlər üçün sığorta haqqını kim ödəyəcək? 

Gündəm24.az  Globalinfo.az-a istinadla xəbər verir ki, iqtisadçı Əkrəm Həsənov məsələyə aydınlıq gətirib.

O qeyd edib ki, sözügedən qanuna 15-2.2.3-1-ci maddə əlavə edilib:

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər;”. 15-2.2.4-cü maddə isə bundan sonra belə redaksiyada olacaq: “bu Qanunun 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü və 15-2.2.3-1-ci maddələrində nəzərdə tutulan şəxslərdən başqa digər sığortaolunanların sığortalısı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir”.

Sadə dildə bu o deməkdir ki, sığorta haqqını aşağıdakı şəxslər ödəməlidir: 1) işçi üçün (əmək və ya mülki müqavilə əsasında) onun işəgötürəni; 2) sahibkar üçün özü; 3) qeyri-formal məşğul şəxs üçün özü; 4) qalanları üçün dövlət. Göründüyü kimi, burada deyilmir ki, işsizlər sığorta haqlarını özləri ödəməlidir. Yeganə yenilik qeyri-formal məşğul şəxslərlə bağlıdır. Ajiotaj da bununla bağlı idi. Rəsmilər qanun layihəsini dərc etmədən mətbuata ümumi məlumat sızdırmışdı, mətbuat onu bir cür yozmuşdu: guya işsizlər özü sığorta haqqı ödəməlidir. Biz ekspertlər isə layihəni görmədən dəqiq söz deyə bilmirdik”.

İqtisadçı bildirib ki, işsiz və qeyri-formal məşğul şəxs tam fərqli şeylərdir:

“İşsiz heç bir gəliri olmayandır. Qeyri-formal məşğul şəxs isə “Məşğulluq haqqında” Qanunun mənasına görə (1.1.9, 1.1.12, 30-32-ci maddələr) vergi və digər məcburi ödənişlərdən yayınaraq qeyri-rəsmi gəlir əldə edəndir. Yəni qanunu pozan şəxsdir. Qanunun 30.5-ci maddəsində birbaşa deyilir: “Qeyri-formal məşğulluq qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Dövlətin isə işi elə odur ki, belə şəxsləri müəyyən edib məsuliyyətə cəlb etsin. Bu mənada qeyri-formal məşğul şəxsdən, yəni qeyri-leqal fəaliyyətlə məşğul olan şəxsdən leqal ödənişin (sığorta haqqının) ödənilməsini tələb etmək absurddur! Vergidən və digər məcburi ödənişlərdən ona görə yayınır ki, gəlib sığorta haqqı ödəsin? Dövlət qeyri-formal məşğulluq hallarını müəyyən etməli və ilk növbədə həmin şəxslərdən vergi tutmalı, həmçinin fəaliyyətin leqallaşdırılmasını tələb etməlidir. Həmin leqal fəaliyyətdən də sığorta haqqı ödənilməlidir. Qeyri-formal məşğulluq sahibkarlıqla bağlıdırsa, həmin şəxs özü ödəməlidir, əks halda, işəgötürən rəsmi müqavilə bağlayıb ödəməlidir. Şəxsin işsiz olması o demək deyil ki, qeyri-formal məşğuldur”.

Qeyd edək ki, Milli Məclisdə “Tibbi sığorta haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, qeyri-formal məşğul şəxslər, yəni işsizlər növbəti ildən tibbi sığortadan yararlanmaq üçün aylıq 16 manat ödəməli olacaqlar. Həmçinin bildirilir ki, bu məbləği vaxtında ödəməyənlərə 10 faiz miqdarında cərimə tətbiq ediləcək.

Oxşarxəbərlər

Kiyevi tərk etməyə ÇAĞIRDI
Manşet

Kiyevi tərk etməyə ÇAĞIRDI

09/10/2026 01:43
972
Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia
Manşet

Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia

09/10/2026 01:36
965
Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi
Manşet

Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi

09/10/2026 01:29
972
Araz Ağalarov ilk dəfə həyat yoldaşı ilə görüntüləndi
CƏMİYYƏT

Araz Ağalarov ilk dəfə həyat yoldaşı ilə görüntüləndi

09/10/2026 00:21
958
Qarşıdakı aylarda həyatı dəyişəcək 4 bürc
Manşet

Qarşıdakı aylarda həyatı dəyişəcək 4 bürc

09/10/2026 00:20
956
Ər-Riyad hava limanında təyyarəyə zərbə endirildi
Dünya

Ər-Riyad hava limanında təyyarəyə zərbə endirildi

09/10/2026 00:07
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə

İnsanların sizi SEVMƏDİYİNİ göstərən 7 gizli işarə

09/10/2026 01:50
980
Kiyevi tərk etməyə ÇAĞIRDI

Kiyevi tərk etməyə ÇAĞIRDI

09/10/2026 01:43
972
Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia

Sumqayıtda 12 uşaq antibiotikdən ZƏHƏRLƏNDİ — Dəhşətli İddia

09/10/2026 01:36
965
Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi

Pensiyaçılara KOMMUNAL DƏSTƏK GƏLİR? — Xüsusi kart təklifi

09/10/2026 01:29
972

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
956

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
972

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

08/10/2026 09:25
961

Qərbi Azərbaycanın Paşakənd kəndi – QƏDİM YURDUN İZLƏRİ

Qərbi Azərbaycanın Paşakənd kəndi – QƏDİM YURDUN İZLƏRİ

08/10/2026 08:18
958

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.