Cümə axşamı, Fevral 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Kəmaləddin Heydərovun oğlundan PAYLAŞIM

06/11/2025 11:00
Manşet
42 1
Kəmaləddin Heydərovun oğlundan PAYLAŞIM
54
Baxış sayı

“Cənab Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyindəki çıxışında ana dilimizin qorunması ilə bağlı çox mühüm mesajlar verdi. Dilimizin xarici təsirlərdən qorunmasının və onun təmiz saxlanılmasının vacibliyindən danışdı.

Belə bir mesajın bilavasitə dövlət başçısı tərəfindən verilməsi bu məsələnin nə qədər vacib və aktual olmasının əyani sübutudur. Ana dilimizlə, milli kimliyimizlə bağlı çox mühüm bir məsələnin ictimaiyyətin diqqətinə bu cür yüksək və mötəbər səviyyədən, ali tribunadan çatdırılması özlüyündə çox sevindirici haldır. Bu mövzuya dair öz fikirlərimi, mülahizə və təkliflərimi bildirmək istəyirəm”.

Gündəm24.az   xəbər verir ki, bunu Avropa Azərbaycan Məktəbinin, “TEAS PRESS” Nəşriyyat Evinin və “Libraff” kitab mağazalarının təsisçisi Tale Heydərov sosial şəbəkə hesabında yazıb.

Tale Heydərov bildirib ki, problemin cənab Prezident tərəfindən qaldırılması heç də təsadüfi deyil: “Çünki bu məsələnin illərdir öz həllini gözləməsi, aidiyyəti qurumlar və şəxslər tərəfindən kifayət qədər müzakirə edilməməsi hələ də böyük problem olaraq qalmaqdadır. Təəssüf doğuran hal isə budur ki, bu mövzu cəmiyyətə lazımi səviyyədə təqdim və izah olunmur. Bu ya sözügedən məsələyə biganə yanaşmağımızdan, ya da dilimizin nə dərəcədə dəyişməsinin, daha dəqiq desək, yad təsirlərə məruz qalıb korlanmasının fərqində belə olmamağımızdan irəli gəlir.

Əlbəttə, dünya sürətlə dəyişir, elmi-texniki tərəqqi davam etdikcə yeni terminlər, anlayış və sözlər meydana çıxır. Onlar hansısa başqa bir dildə yaranır və tezliklə bütün dünyada ümumişlək sözlərə çevrilir, tədricən hamı tərəfindən rahatlıqla qəbul və dərk edilir. Digər xalqlar da onları öz dil ailəsinə qəbul etməli olur. Biz də istisna deyilik. Bu mənada dilimizdə olmayan sözlərin yerinə yeni əcnəbi sözlərin alınması heç də qəbahət deyil, əksinə, dilimizi zənginləşdirən bir amildir və əksər hallarda sadəcə labüddür. Dünya dillərinin əksəriyyəti bu təcrübədən keçib. Televiziya, telefon, internet, kompüter və digər bu kimi yeni texnoloji icad və məhsullara milli adlar qoymağa ehtiyac olmadığı üçün əksər millətlər kimi, biz də bu sözləri öz gündəlik danışıq dilimizə və lüğətimizə əlavə etmişik; bu da normaldır. Çünki fəlsəfənin “milli-mədəni düşüncənin ərazisi” adlandırdığı dil canlı orqanizmdir. O, daim inkişaf etməli, zənginləşməli, yeni və alınma sözlər hesabına genişlənməlidir ki, həmin “düşüncə ərazisi” də böyüsün. Əlbəttə, bu proses digər ölkələrdə olduğu kimi, bizdə də labüdən getməlidir, amma bunu xüsusi vurğulayırıq ki, ana dilimizin milli enerjisini “sormaq”, onun “ekologiyasını korlamaq” hesabına yox!”

Tale Heydərov burada narahatlıq doğuran məsələlərə də diqqət çəkib.

“Burada narahatlıq doğuran başlıca məsələ nədir? Əsas problem dilimiz lüğət tərkibi və ifadə vasitələri baxımından kifayət qədər zəngin olduğu halda, alınma və ya əcnəbi sözlərdən yerli-yersiz istifadə etməyimizlə bağlıdır. Dilimizdə əsrlər boyu işlənən sözlər varsa, başqa dillərdən onların ekvivalentlərinin bizim dilə keçməsinə nə ehtiyac var? Bu, ana dilimizin təmizliyinə, bununla da milli kimliyimizə təhdid yaratmaqdır. Cənab Prezident məhz bu vacib məqamı diqqətə çatdırdı. Dövlət başçımızın çox düzgün bildirdiyi kimi, “əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır?!”

Təəssüf ki, telekanallarımızda, radio efirlərimizdə, yazılı mediamızda, sosial şəbəkələrdə və gündəlik danışıqda bu kimi xətalara çox tez-tez yol verilir. Bütün bunların bir neçə səbəbi var. Bir səbəb insanlarımızın xarici televiziya kanallarını izləməsi və oradakı verilişlərə, seriallara baxmasıdır. Bu prosesin illərlə davam etməsi insanların orada hər gün eşitdikləri kəlmələri gündəlik danışıq dilinə daxil etməsi ilə nəticələnir. Ən pisi də odur ki, həmin sözlərdən istifadə adiləşir. Çoxuna da elə gəlir ki, belə də olmalıdır, ən düzü elə budur. Düşünürəm ki, yerli televiziya və radio kanalları verilişlərin keyfiyyətini artırsa, – zənnimcə, bu sahədəki vəziyyət son illərdə yaxşıya doğru dəyişməkdədir, – izləyicilərin çoxunu yerli ekran-efir məkanına qaytarmaq mümkün olacaq. Amma hələ o səviyyəyə çata bilməmişik. Bununla bağlı kompleks tədbirlərin görülməli olduğunu düşünürəm. Bu problemə yerli jurnalistlərin və digər aidiyyəti qurumların ciddi müdaxiləsinin baş verməməsini də nəzərə alsaq, vəziyyətin niyə bu həddə çatdığını anlamaq çətin olmaz.

Başqa bir məsələyə də toxunmaq lazımdır: ədəbi Azərbaycan dilində danışa bilməyən şəxslərin televiziyalarda və digər efir məkanlarında çıxışına icazə verilməsi düzgün deyil. Ekrana-efirə çıxan hər kəs həm dilimizə, həm də mədəniyyətimizə hörmətlə yanaşmalıdır. İnsanlar, xüsusilə də gənc nəsil görüb-eşitdiyini öyrənir, buna görə də efirdə xalis ədəbi dildə nitq və çıxışların daha çox səslənməsi vacibdir. Efirdə ədəbi dilimiz daha çox işlənsə, bir o qədər çox sayda insan bu dili rahat qəbul edəcək və gündəlik həyatda da ondan daha çox yararlanacaq. Təklifim isə budur: media orqanları xarici sözlərin dilimizdən çıxarılmasına və bu sahədə təbliğat aparılmasına ciddi diqqət yetirməlidir. Eyni zamanda, bu standartlara əməl etməyən qurumlara qarşı qanun çərçivəsində müvafiq tədbirlər görülməlidir. Dil millətin pasportudur. Heç kim onunla istədiyi kimi davrana bilməz!” – deyə o vurğulayıb.

Tale Heydərov bildirib ki, bu vəziyyətin kökündə həm də cəmiyyətimizin, sıravi vətəndaşların ana dilinə bəzən biganə münasibəti dayanır: “Valideynlər övladlarını müxtəlif dillərdə təhsil verən məktəblərə göndərirlər. Burada qəbahət yoxdur. Bu məktəblər bəzən daha yaxşı təhsil verir və gənclərimizin xaricdə daha nüfuzlu universitetlərdə təhsil almasına şərait yaradır. Amma bu məktəblərdə Azərbaycan dili bəzən heç də istənilən səviyyədə tədris olunmur, dilimizin, ümumiyyətlə, öyrədilmədiyi məktəblər də var. Bu, dilimizə olan ən böyük hörmətsizlik və əlbəttə ki, böyük qüsurdur. Buna nə aidiyyəti qurumlar biganə qalmalıdır, nə də valideynlər.

Digər tərəfdən, müəyyən ictimai yerlərdə Azərbaycan dilinə açıq-aşkar hörmətsizlik göstərilir. İstər müəyyən şirkətlərdə, istərsə də kafe-restoranlarda ziyarətçi və müştərilərlə ünsiyyət başqa dildə aparılır. Bir çox restoranlarda Azərbaycan dilində bəzən heç menyu da olmur. Təəssüf doğuran hal odur ki, bu tipli məkanlar, əsasən, digər ölkələri təmsil edən iş adamlarına məxsus olur, halbuki onların ölkələrində biz onların ana dilinə belə hörmətsizlik etməyi ağlımıza da gətirmərik. Öz milli mətbəxini ölkəmdə təmsil edirsən? Çox gözəl, buyur. Amma dilimi öyrənməlisən, necə ki, mən sənin ölkəndə sənin dilində danışıram. Bu halların baş verməsinin səbəbi bunu onlardan, elə özümüzdən də tələb etməməyimizdir. Şəhərin mərkəzində xarici dillərdə məkan və şirkət adlarının yazıldığı reklam-elan lövhələri ilə tez-tez rastlaşırıq. Təəssüf ki, bütün bu hallar nə qanuni şəkildə cəzalandırılır, nə də ictimai şəkildə qınanılır. Halbuki buna məsul qurumlar var.

Görünür, bu sahədə ciddi təbliğat işinin aparılması artıq günün tələbidir. Əks halda çox şey itirəcəyik, prosesləri öz axarına buraxsaq, dilimizi və ümumən milli kimliyimizi təhlükəyə atmış olacağıq. Təcrübə göstərir ki, istənilən problem həll edilmədikcə həmin problem daha da böyüyür. Ümid edirik ki, cənab Prezidentin bu mühüm çıxışı həm bizi bir cəmiyyət olaraq ayıldacaq, həm də dilimizin qorunması üçün qətiyyətli addımların atılmasına təkan verəcək. Avropa Azərbaycan Məktəbi və TEAS Press Nəşriyyat Evi bu istiqamətdə ümumi işə öz töhfəsini verməkdə davam edəcək”.

Qeyd edək ki, Tale Heydərov  fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.

Oxşarxəbərlər

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür
Gündəm

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür

26/02/2026 00:02
54
Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi – FOTO
Manşet

Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi – FOTO

25/02/2026 22:36
52
İlham Əliyev Xocalının Xanabad kəndində – FOTOLAR
Manşet

İlham Əliyev Xocalının Xanabad kəndində – FOTOLAR

25/02/2026 22:26
52
“Dadına baxın, təndir çörəyidir” – İlham Əliyev – VİDEO
Manşet

“Dadına baxın, təndir çörəyidir” – İlham Əliyev – VİDEO

25/02/2026 21:49
51
“Son 80 ildə belə qələbə olmayıb” – İlham Əliyevdən bəyanat
Manşet

“Son 80 ildə belə qələbə olmayıb” – İlham Əliyevdən bəyanat

25/02/2026 21:15
51
İlham Əliyevdən sərt mesaj: “Bundan sonra heç kim…”
Manşet

İlham Əliyevdən sərt mesaj: “Bundan sonra heç kim…”

25/02/2026 20:50
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür

Tarixin ən dəhşətli səhifəsi – Xocalıdan 34 il ötür

26/02/2026 00:02
54
Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi – FOTO

Prezidentin sosial media hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi – FOTO

25/02/2026 22:36
52
İlham Əliyev Xocalının Xanabad kəndində – FOTOLAR

İlham Əliyev Xocalının Xanabad kəndində – FOTOLAR

25/02/2026 22:26
52
Tarix Əliyevə yeni vəzifə verildi

Tarix Əliyevə yeni vəzifə verildi

25/02/2026 22:08
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Tehran Vaşinqtona Cavab Verdi – Raket və Nüvə Açıqlamaları “Yalandır”

Tehran Vaşinqtona Cavab Verdi – Raket və Nüvə Açıqlamaları “Yalandır”

25/02/2026 11:01
53

Kartel Başçısı Məhv Edildi, Ölkədə Gərginlik Artdı

Kartel Başçısı Məhv Edildi, Ölkədə Gərginlik Artdı

25/02/2026 09:55
53

24 Saatda Böyük Zərbə – Ukrayna Qüvvələri Ciddi Itki Verdi

24 Saatda Böyük Zərbə – Ukrayna Qüvvələri Ciddi Itki Verdi

25/02/2026 07:45
53

Türkiyədən Açıqlama – ABŞ və İranla Bağlı Xəbərlərə Reaksiya

Türkiyədən Açıqlama – ABŞ və İranla Bağlı Xəbərlərə Reaksiya

25/02/2026 02:47
53

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.