Bazar ertəsi, Oktyabr 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Kərki üçün antiterror əməliyyatı zərurəti yarana bilər – ŞOK AÇIQLAMA

03/10/2026 18:49
Manşet, Siyasət
771 58
Kərki üçün antiterror əməliyyatı zərurəti yarana bilər – ŞOK AÇIQLAMA
686
Paylaşım sayı
953
Baxış sayı

Ermənistan sülh razılaşmalarından irəli gələn öhdəliklərə əməl etməkdən müxtəlif bəhanələrlə yayınır. Xüsusilə də Azərbaycan ərazilərinə iddiaların əksini tapdığı konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendumun keçirilməsi məsələsi “unudulub”. Vəziyyət bu şəkildə davam edə bilməz. Azərbaycan Prezidenti hakim partiyanın qurultayında Ermənistan rəhbərliyinə xəbərdarlıq məzmunlu fikirlər söylədi.

Sitat: “Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyənlər artıq “Qarabağ Azərbaycandır!” deyirlər. Bunu məcburən deyirlər. Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, sadəcə olaraq, xoş niyyətin təzahürü deyil və belə sayıla bilməz. Bütün günahları Ermənistanın əvvəlki rəhbərliyinin üzərinə yıxmaq da olmaz. Halbuki Ermənistanın əvvəlki rəhbərləri – onların hamısı hərbi cinayətkarlardır və öz cəzalarını çəkməlidirlər. Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi, Azərbaycan xalqını təhqir etməyə çalışırdı, yersiz və mədəniyyətsiz açıqlamalarla Azərbaycan xalqının heysiyyətinə toxunurdu. Yəni bütün bunları biz heç vaxt unutmamalıyıq. Bu gün bəzi xarici dairələr Ermənistanın indiki rəhbərliyindən sülh göyərçini düzəltmək istəyəndə biz hər dəfə bax, bu tarixi onlara xatırladırıq. 2018–2020-ci illərin tarixini xatırladırıq ki, tarix təhrif edilməsin və yalan tezislər real tarixi pozmasın”.

Dövlət başçısının bu sözləri dilə gətirməsi şübhəsiz ki, ilk növbədə Ermənistan rəhbərliyinə ciddi xəbərdarlıqdır.

Gündəm24.az  xəbər verir ki, Ermənişünas alim, professor Qafar Çaxmaqlı Musavat.com-a açıqlamasında ilk olaraq bu barədə danışdı:

– Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında etdiyi çıxış Ermənistanla münasibətlərin gələcək mənzərəsinin şəkillənməsi baxımından qonşu ölkəyə mesaj kimi dəyərləndirilə bilər. Ermənistanda bu çıxış diqqətlə təhlil olunur, Azərbaycan Prezidentinin nə demək istədiyi barədə mülahizələr irəli sürülür. Prezident doğru olaraq qeyd edir ki, bir zaman “Qarabağ Ermənistandır. Nöqtə”, deyən Paşinyanın indi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması və dilə gətirməsi onun iradəsi deyil. Azərbaycan onu bunu etməyə məcbur etdi. Paşinyan da özündən əvvəlkilərdən fərqlənmirdi, indinin özündə də onun “manevrləri” aldadıcı olmamalıdır. Döşünə Ermənistanın 29 743 kvadrat kilometrlik xəritəsini yapışdırıb, ortalıqlarda gəzən Paşinyan və onun hakimiyyətinə inanmaq olmaz. Prezident çox yaxşı ifadə edib. Biz onların nankorluğuna bələdik. İndi məlumat yayılır ki, Ermənistan hərbi büdcəsini artırır. Kimə qarşıdır bu? Əlbəttə, Ermənistan Azərbaycana qarşı hər hansı güc nümayiş etdirə bilməz. Amma gələcəkdə bu ölkədən hər şeyi gözləyə bilərik. Haqlı olaraq Azərbaycana hər hansı təxribatların qarşısını almaq üçün biz müdafiə xərclərini artırmalıyıq. Təhlükəsizlik tədbirləri görülməlidir. Özü də bu, yalnız Ermənistandan gələn risklərlə bağlı deyil.

– Ermənistan Konstitusiyasının dəyişdirilməməsi halında sülh sazişinin imzalanması mümkünsüzdür və dövlət başçımız hələ iki il öncə qəti fikrini bildirib. Belə olduqda proseslərin perspektivi barədə nə demək olar?

– Ermənistanla sülh prosesinin aparılması Azərbaycanın məqsədlərindən biridir. Vaşinqtonda bu müqavilə paraflansa da, Ermənistan hələ də bizim üçün etibarsız ölkə olaraq qalır. Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə iddialar hələ də qalır. Ermənistan Konstitusiyasını dəyişməlidir, İrəvan Azərbaycanın şərtini qəbul etməlidir. Ermənistan bəhanə edir ki, hakimiyyət parlamentdə konstitusiya çoxluğu əldə etməyib, onu dəyişdirmək olmur. Amma bizim də müşahidələrimizə görə, bir yol tapıb Azərbaycanın bu haqlı tələbini yerinə yetirməyə heç təşəbbüs, yol tapmaq cəhdləri də yoxdur. Azərbaycanın gözləntilərindən biri kommunikasiya xətlərinin açılması və qərb bölgələrimizdən Naxçıvana maneəsiz keçidin təmin olunmasıdır. TRIPP layihəsinin də həyata keçirilməsində Ermənistan tərəfindən gəlişmə yoxdur. Hələ ki, Ermənistandan gələn məlumatların içərisində bunun səbəbini inandırıcı şəkildə izah edən siyasi xadim tapmaq çətindir. Bütün bunlar o deməkdir ki, Paşinyan vaxt qazanmaq istəyir. Bu ölkənin hansı planları ola bilər… Prezident çıxışında bu ölkənin rəhbərliyini konstruktiv mövqe sərgiləməyə çağırdı.

– Zəngəzur dəhlizinin Ermənistan hissəsində işlərin gecikdirilməsinin səbəbləri nədir? Əsas maneə Rusiyadan gəlir, yoxsa İrandan? Yoxsa başqa səbəblər var?

– Zəngəzur dəhlizinin açılmasının alternativi yoxdur. Şübhəsiz ki, bu strateji nöqtədə maraqları olan ölkələr var və ona mane olmaq üçün oyunlar qurulmaqdadır. Rusiya burada nəzarət mexanizmlərini gizlətmir və son zamanlar tez-tez 9 noyabr 2020-ci il bəyannaməsini xatırladır. Həmin anlaşmaya görə, Rusiya Federal Təhlükəsizlik Xidməti buradakı proseslərə nəzarət etməli idi. Amma həmin anlaşma artıq tarixdir və 2025-ci il 8 avqust Vaşinqton Bəyannaməsi dediyimiz anlaşmanı arxa plana keçirib, yeni reallıqlar ortaya çıxıb. Məsələni özünün “qırmızı xətti” sayan İranın da bu işə mane olmaq imkanları artıq yoxdur.

– Sərhədlərin demarkasiyası ilə bağlı razılaşmalar olsa da, irəliyə doğru addım yoxdur. Burada əsas maneə nədir?

– Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi, demarkasiya və delimitasiya tədbirləri iki ildir ki, aparılmır. Bu iş üçün yaradılan ortaq komissiya işləmir. Bir neçə ay əvvəl belə bir informasiya yayılmışdı ki, sərhədlərin müəyyənləşməsini şimaldan başlayacaqlar. O da olmadı. Ermənistanda buna səbəb kimi göstərdilər ki, komissiya öncə mübahisəli yerlərdə dəqiqləşmə aparmalıdır. Azərbaycan isə anklav ərazilərin qaytarılmasından sonra prosesin aparılmasını önə sürmüşdü. Ermənistan Cermuk (İstisu – red.) və Qaragöl istiqamətində guya Azərbaycanın irəli gəldiyini iddia edir. Məncə, sərhədlərin müəyyənləşməsi bu mübahisələrin açıqlığa qovuşmasından sonra dəqiqləşəcək.

– Ermənistanda Sədərəyin Kərki kəndinin azad edilməsinə qarşı müqavimət artır və hakimiyyət də sükutlu reaksiya verir. Bu gedişlə Kərki üçün əməliyyat zərurəti yarana bilərmi?

– Kərki kəndinin geri verilməsi məsələsi həll edilməlidir. Bildiyimə görə, Ermənistan tərəfi bu ərazini Gədəbəydəki Başkəndlə dəyişdirməyi təklif edir. Amma haqlı olaraq Azərbaycan bu variantı məqbul hesab etmir. Çünki Kərki ilə Başkəndin strateji mövqeyi eyni deyil. Azərbaycan Kərkidə antiterror əməliyyatı keçirə bilər. Bunu ona görə etmir ki, sülh gündəliyinə sadiqliyini nümayiş etdirir. Prezident də ifadə etdi. Biz yeni müharibə istəmirik. Əgər Ermənistan da bunu istəmirsə, qərarlı addımlar atmalıdır. Amma istisna etmirəm ki, Kərki üçün antiterror əməliyyatı zərurəti yarana bilər. (Musavat.com)

Oxşarxəbərlər

62 yaşlı kişi qoz ağacından yıxılıb öldü
Hadisə

62 yaşlı kişi qoz ağacından yıxılıb öldü

12/10/2026 21:53
951
29 ölkədən İrana qarşı bəyanat
Dünya

29 ölkədən İrana qarşı bəyanat

12/10/2026 21:21
953
Bakının bu hisəsində qaz olmayacaq
CƏMİYYƏT

Bakının bu hisəsində qaz olmayacaq

12/10/2026 21:21
951
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili – VİDEO
Manşet

Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili – VİDEO

12/10/2026 21:10
954
Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb
Dünya

Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb

12/10/2026 20:59
954
Bu ərazidə 2 gün su olmayacaq – Xəbərdarlıq
CƏMİYYƏT

Bu ərazidə 2 gün su olmayacaq – Xəbərdarlıq

12/10/2026 20:48
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

62 yaşlı kişi qoz ağacından yıxılıb öldü

62 yaşlı kişi qoz ağacından yıxılıb öldü

12/10/2026 21:53
951
Bakının bu hisəsində qaz olmayacaq

Bakının bu hisəsində qaz olmayacaq

12/10/2026 21:21
951
29 ölkədən İrana qarşı bəyanat

29 ölkədən İrana qarşı bəyanat

12/10/2026 21:21
953
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili – VİDEO

Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili – VİDEO

12/10/2026 21:10
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

12/10/2026 14:53
976

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

12/10/2026 14:38
977

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

12/10/2026 08:49
958

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

10/10/2026 08:47
989

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In