Türkiyəli aktyor Kıvanç Tatlıtuğ ötən aylarda hava limanında nümayiş etdirdiyi davranışla bağlı onu mobil telefonla görüntüləyən müxbirdən üzr istəyib.
Gündəm24.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlama verib.
Aktyor müxbirə müraciət edərək bildirib:
“Səni hər hansı bir vətəndaş hesab etdim, normalda böyük kameralarla çəkilişlərə öyrəşmişəm. Ona görə belə reaksiya verdim. Əgər qəlbini qırdımsa, üzr istəyirəm”.













