Kiyev hökumətinin “yeni Maydan” qorxusu səbəbindən paytaxtda internet və rabitənin bərpasını qəsdən ləngitdiyi iddia olunur.
Gündəm24.az xəbər verir ki, Sputnik-in məlumatına görə, Rusiya təhlükəsizlik mənbələri Kiyevdə internet və məlumat mərkəzləri ilə bağlı problemlərin tam aradan qaldırılmasının gecikdirildiyini bildiriblər.
Mənbələrin sözlərinə görə, şəhərdə hökumətə qarşı narazılıq artır. Sosial şəbəkələrdə hərbi xidmət müddətinin müəyyənləşdirilməsi, çağırış ofislərinin səlahiyyətlərinin məhdudlaşdırılması, qadınların səfərbərlikdən azad edilməsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı tələblər səsləndirilir.
Rusiya tərəfi həmçinin Qərb ölkələrinin etirazların arxasında dayandığını iddia edib.
Sədaqət Həsənova
Gündəm24.az














