Lakin hakimiyyət orqanlarının təlim meydançası tikmək niyyəti qonşuluqlarında hərbi obyekt istəməyən yerli sakinlərin müqaviməti ilə qarşılaşıb.
Gündəm24.az xəbər verir ki, Litva Silahlı Qüvvələrinin komandiri general Raymondas Vaytkunas LRT-yə bildirib ki, mövcud poliqonlar NATO müttəfiqləri tərəfindən intensiv istifadə edildiyindən ölkəyə yeni briqada səviyyəli təlim sahəsi lazımdır. Kapčiamiestis ərazisində tikilməsi planlaşdırılan müasir poliqon 14.600 hektarı, 2000 özəl torpaq sahəsini əhatə edəcək və 4000-ə qədər hərbçinin təlim keçməsinə imkan yaradacaq.
Yeni poliqon ildə beş dəfə on gün davam edən genişmiqyaslı və daimi kiçik təlimlər üçün nəzərdə tutulsa da, yerli sakinlər hərbi obyektin onların həyatını və iqtisadi fəaliyyətini çətinləşdirəcəyindən narahatdır və bir çoxu gələcəkdə ərazini tərk etməyə məcbur ola bilər.
Sədaqət Həsənova














