Xarici işlər nazirinin sözlərinə görə, Rusiya “dürüst, bərabər səviyyədə, şantaj və təzyiq olmadan danışıqlar aparmaq” istəyən hər kəslə işləməyə hazırdır.
Gündəm24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2025-ci ildə Rusiya diplomatiyasının nəticələrini nəzərdən keçirmək üçün keçirilən mətbuat konfransında bildirib ki, Qərbin öz aralarında “öz qaydaları əsasında” danışmaq hüququ olsa da, Moskva tərəfdaşları ilə bərabərlik və qarşılıqlı hörmət əsasında dialoq aparacaq. Lavrov əlavə edib ki, Rusiya dürüst, bərabər səviyyədə və təzyiq olmadan danışıqlar aparmaq istəyən hər kəslə işləməyə hazırdır və bu, hamıya məlumdur.
Nazir qeyd edib ki, Moskvanın “bədnam təcridi” hələ gerçəkləşməyib və Rusiya başqalarının qanuni hüquqlarını pozmadan öz maraqlarını müdafiə edəcək. Ukrayna münaqişəsinin həlli ilə bağlı Lavrov bildirib ki, Rusiya diplomatik yolla həll axtarmağa həmişə açıq olub, lakin Qərb ölkələri bu müqavilələrin qarşısını almağa çalışıblar. O, Ukraynanın həm cəbhədə, həm də siyasi sahədə “çox pis vəziyyətdə” olduğunu vurğulayıb.
Lavrov xüsusilə ABŞ-ı Ukrayna münaqişəsinin kök səbəblərini aradan qaldırmağa hazır yeganə Qərb ölkəsi adlandırıb və bu yanaşmanı Rusiya üçün tam əsaslı hesab etdiklərini deyib. Moskva ümid edir ki, Rusiya və ABŞ arasında Alyaska sammitində əldə edilən razılaşmalar qüvvədə qalacaq.
Nazir əlavə edib ki, Moskva Qərbin Kiyev rejimini yenidən silahlandırmasına və Rusiyaya hücum etməsinə icazə verə bilməz. Avropanın Ukraynaya təklif etdiyi təhlükəsizlik zəmanətləri isə Kiyevdəki nasist rejimini qorumaq məqsədini güdür və Rusiya bu cür razılaşmaları qəbuledilməz sayır. Lavrov bildirib ki, son həftələrdə ABŞ, Avropa və Ukrayna arasında keçirilən görüşlərin nəticələri ilə bağlı heç bir sənəd almayıblar.
Qərbin rolunu şərh edən Lavrov deyib ki, Aİ Rusiyaya qarşı “koalisiya” yaratmağa çalışır, Avropa və Kiyev Qərbin mövqeyini dəyişdirməyə çalışır, və Avropa liderlərinin Rusiya ilə dialoqa ehtiyacı indi qeyri-səmimi səslənir. Lavrov həmçinin Fransa prezidenti Emmanuel Makronun Moskva ilə kobud və saymazyana davranışını qeyd edib, amma vurğulayıb ki, Rusiya bu ritorikaya yalnız ikrahla yanaşır.
Sədaqət Həsənova














