Çərşənbə axşamı Litva hava məkanında 200-dən çox şübhəli obyekt aşkarlanıb.
Gündəm24.az xəbər verir ki, bu səbəbdən səhər saatlarında sərhəd keçid məntəqələri müvəqqəti bağlanıb, həmçinin uçuşlar dayandırılıb. Hava limanının bağlanması 4 mindən çox sərnişinə təsir edib. Litva rəsmiləri hava şarlarının Belarusun “hibrid hücumu” olduğuna dair heç bir sübut olmadığını bildiriblər. İndiyədək bir neçə onlarla hava şarı ələ keçirilib və dörd şübhəli şəxs saxlanılıb.
Elay RZAZADƏ,
Gündəm24.az













