Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Maaş və pensiyalar bu tarixdən artacaq: Yeni rəqəmlər

11/09/2026 09:00
CƏMİYYƏT, Manşet
803 33
Maaş və pensiyalar bu tarixdən artacaq: Yeni rəqəmlər
692
Paylaşım sayı
961
Baxış sayı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub.

Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?

Gündəm24.az  xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, büdcəyə yenidən baxılması ilə bağlı hər hansı qadağa yoxdur:

“Hökumət istədiyi vaxt büdcəyə yenidən baxa bilər. Hətta qanunvericilikdə müəyyən hallarda, xüsusilə gəlirlərin kəskin azalması zamanı büdcəyə məcburi yenidən baxılmasını nəzərdə tutan qaydalar və tələblər də var. Yəni hökumətin öz təşəbbüsü ilə büdcəyə yenidən baxması da mümkündür. Lakin hesab edirəm ki, bu il büdcəyə yenidən baxılmayacaq. Səbəb isə ilin sonuna yaxınlaşmağımızdır. Artıq sentyabrdır və hazırda əsas diqqət 2027-ci ilin dövlət büdcəsinin hazırlanmasına yönəlib. Büdcənin razılaşdırılması və Milli Məclisə təqdim edilməsi ilə bağlı hazırlıq prosesi gedir. Buna görə də 2026-cı ilin büdcəsinə yenidən baxılması gözlənilmir”.

İqtisadçı bildirib ki, maaş, pensiya və digər ödənişlər isə növbəti ildən arta bilər:

“Pensiyaların artımı əsasən indeksasiya yolu ilə həyata keçirilir. Belə ki, pensiyalar hər il əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq indeksləşdirilir. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artıb. Minimum əməkhaqqının artırılması məsələsinə də baxılacaq. Bu ilin fevral-mart aylarında qəbul edilən qanunla minimum əməkhaqqının məbləğinə hər il yenidən baxılması nəzərdə tutulub. Burada onun mütləq artırılması deyil, yenidən nəzərdən keçirilməsi tələb olunur. Sonuncu dəfə minimum əməkhaqqı 2025-ci il yanvarın 1-dən artırılıb. Ona görə də növbəti baxış zamanı minimum əməkhaqqının artırılması ehtimalı yüksəkdir. Çünki artıq iki ilə yaxındır bu məbləğ dəyişməyib. Ötən il inflyasiya 6 faizdən bir qədər çox olub, bu il də inflyasiyanın yüksək qalacağı gözlənilir. Buna görə minimum əməkhaqqının təxminən 10-15 faiz artırılacağını düşünürəm”.

Ekspert qeyd edib ki, minimum əməkhaqqı artdıqda digər ödənişlərə də təsir göstərir:

“Ünvanlı sosial yardımın məbləğinin artması da gözlənilir. Bunun üçün ilk növbədə yaşayış minimumu müəyyənləşdirilməlidir. Yaşayış minimumu haqqında qanun qəbul edilərkən minimum istehlak səbətinin həcmi nəzərə alınır. Ölkədə inflyasiyanın yüksək olması fonunda yaşayış minimumunun da artırılması gözlənilir. Bu isə öz növbəsində ünvanlı sosial yardımın məbləğinə təsir edəcək. Digər təqaüd və sosial ödənişlərin, eləcə də maaşların artırılıb-artırılmaması isə Prezidentin səlahiyyətində olan məsələdir və bununla bağlı qərar veriləcək.

Neftin bahalaşmasının Azərbaycanda yanacaq qiymətlərinə birbaşa təsiri yoxdur. Çünki ölkədə benzin və dizel yanacağının qiymətləri Tarif Şurasının qərarı ilə müəyyənləşdirilir. Məsələn, dünya bazarında neftin qiyməti dəyişməsə belə, ötən ilin dekabrında dizel yanacağının qiyməti 10 faiz, benzinin qiyməti isə 5 faiz artırıldı. Bu baxımdan dünya neft qiymətləri ilə Azərbaycanda benzin qiymətləri arasında birbaşa əlaqə yoxdur. Yanacağın qiymətinin artırılıb-artırılmaması hökumətin qərarından asılıdır. Lakin dünya bazarında neftin bahalaşmasının başqa təsiri var. Neft qiymətlərinin artması ölkəyə idxal olunan məhsulların bahalaşmasına və nəticə etibarilə idxal inflyasiyasının yüksəlməsinə səbəb ola bilər”.

Oxşarxəbərlər

İraqdan İranla bağlı qərar
Manşet

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
972
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü
Hadisə

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
956
Sumqayıtda maşın piyadanı vurub öldürdü
Hadisə

Sumqayıtda maşın piyadanı vurub öldürdü

21/09/2026 22:25
1k
Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ
CƏMİYYƏT

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

21/09/2026 22:09
979
“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO
CƏMİYYƏT

“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO

21/09/2026 21:04
971
DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq
CƏMİYYƏT

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

21/09/2026 20:53
964

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

İraqdan İranla bağlı qərar

İraqdan İranla bağlı qərar

22/09/2026 00:29
972
Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

Qonşuluqda bu virus tüğyan edir – Bağçalarımıza DİQQƏT!

22/09/2026 00:15
960
Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

Salyanda kişini maşın vurdu – Yerindəcə öldü

21/09/2026 23:25
956
Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib – Gözəl

21/09/2026 23:25
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.