Bazar ertəsi, Oktyabr 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? – Direktordan açıqlama

29/09/2026 16:06
CƏMİYYƏT, Manşet
795 51
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? – Direktordan açıqlama
700
Paylaşım sayı
972
Baxış sayı

Bir müddət əvvəl sosial şəbəkələrdə hicablı azyaşlı qızın makiyajdan istifadə edərək məktəbə getməsini əks etdirən görüntülərin yayılması geniş müzakirələrə səbəb olmuşdu. Hadisə ilə bağlı müxtəlif fikirlər səsləndirilmiş, məsələyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Elm və Təhsil Nazirliyi də müdaxilə etmişdi.

Hadisədən sonra yeniyetmə qızın təhsil aldığı Binəqədi rayonunda yerləşən Elşən Sultanov adına 217 nömrəli tam orta məktəbdən xaric edilməsi və sığınacağa yerləşdirilməsi ilə bağlı müxtəlif iddialar ortaya çıxıb. Məlumata görə, qız hazırda təhsilindən yayınıb və məktəbə getmir.

Yeniyetmənin təhsilinin davam etdirilib-etdirilməməsi və onunla bağlı verilən qərarların hansı əsaslarla qəbul olunması isə cəmiyyətdə yeni suallar yaradıb.

Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə yayılan məlumatlara aydınlıq gətirərək bildirib ki, sözügedən qız sığınacağa yerləşdirilməyib. Onun sözlərinə görə, məktəbli yalnız reabilitasiya proqramı çərçivəsində sığınacaqda bir həftə qalıb.

Kəmalə Ağazadə qeyd edib ki, həmin müddətdə qızla profilaktik iş aparılıb, reabilitasiya proqramı tətbiq olunub, hüquq və öhdəlikləri izah edilib. Hazırda isə məktəbli ailəsinin yanındadır və təhsilini davam etdirir.

Milli.Az xəbər verir ki, Binəqədi rayonunda yerləşən Elşən Sultanov adına 217 nömrəli tam orta məktəbin direktoru Əbülfət Əkbərov isə Bizim.media-ya açıqlamasında yeniyetmə qızın məktəbdən xaric edilməsi və hazırda da təhsildən yayınması ilə bağlı iddialara belə cavab verib:

“Həmin şagird məktəbdən xaric edilməyib, digər məsələlər isə valideyni və aidiyyəti uşaq inspektoru ilə müzakirə edilir”.

Direktorun sözlərinə görə, yeniyetmə qız sosial şəbəkədə yayılan görüntüləri sadəcə “layk” xatirinə paylaşdığını və bunun bu qədər geniş müzakirələrə səbəb olacağını düşünmədiyini bildirib. Hadisədən sonra isə valideyni öz istəyi ilə qızı Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacağa aparıb və yeniyetmə orada 3-4 gün qalıb.

Hazırda qızın məktəbə gəlmədiyini deyən direktor qeyd edib ki, sinif rəhbəri şagirdin valideyni ilə əlaqə saxlayıb. Valideyn tərəfindən məktəbə bildirilib ki, yeniyetmə sığınacağa yaxın ərazidə yerləşən başqa məktəbdə dinləyici qismində dərslərdə iştirak edəcək:

“Bildiyimə görə, Kəmalə xanım deyib ki, qız sığınacağa yerləşdirildiyi üçün hazırkı mərhələdə sistem bağlı olduğundan onun məktəbə gedib-gəlməsi çətin olacaq. Buna görə də sığınacağa yaxın məktəbdə dinləyici kimi dərslərdə iştirak edəcək. Sistem açıldıqdan sonra isə yerdəyişmə həyata keçiriləcək və şagird bizim məktəbdən başqa məktəbə köçürüləcək”, – deyə direktor bildirib.

Əbülfət Əkbərov vurğulayıb ki, məktəbin şagirdi xaric etmək səlahiyyəti yoxdur və sözügedən yeniyetmə də məktəbdən xaric edilməyib:

“Bizim ixtiyarımız yoxdur ki, şagirdi məktəbdən xaric edək və belə bir hal da baş verməyib. Qızın sığınacağa yerləşdirilməsi ilə bağlı biz heç kimə müraciət etməmişik. Bu, valideynin öz arzusu və istəyi ilə həyata keçirilib. Hətta bildiyim qədəri ilə valideyni də bildirib ki, tək qadındır, maddi imkanı yoxdur və qızını saxlamaqda çətinlik çəkir”.

Direktor əlavə edib ki, şagird və valideyni istədiyi halda yeniyetmənin yenidən 217 nömrəli tam orta məktəbdə təhsil alması mümkündür:

“Şagird yerdəyişmə etmək istəməsə və yenidən bizim məktəbdə oxumaq istəsə, onun məktəbimizə qayıtmasına kömək edə bilərik. İndiyədək həmin şagirdin davranışı ilə bağlı müəllimlər tərəfindən hər hansı narazılıq bildirilməyib. Qiymətləri o qədər də yüksək olmasa da, intizamlı şagird olub. Onunla bağlı ilk dəfədir belə hal yaşanır”, – deyə direktor bildirib.

Əbülfət Əkbərov hadisənin məktəbdən kənarda baş verdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, yeniyetmənin makiyajla məktəbə gəlməsi ilə bağlı isə məktəbin daxili qaydaları çərçivəsində tədbir görülüb.

“Əslində həmin addımın məktəbə aidiyyəti yoxdur, hadisə evdə baş verib. Lakin qız makiyajla məktəbə gəldikdə dərsə buraxılmayıb və girişdə ona makiyajını silməsi bildirilib. O da sanitar qovşaqda özünü səliqəyə saldıqdan sonra dərsə keçib. Dırnaqları da uzun idi. Lakin məktəbdə gigiyenik qaydalara əsasən dırnaqlarının kəsilməsi tələb olunmayıb, sadəcə valideyninə məlumat verilib ki, şagird məktəbə uzun dırnaqla gəlməsin. Valideyn də bunu nəzərə alıb”, – deyə direktor əlavə edib.

Oxşarxəbərlər

Bu Avtomobilləri İdarə Edənlərə ŞAD XƏBƏR: Bəxtiniz Gətirdi!
Manşet

Bu Avtomobilləri İdarə Edənlərə ŞAD XƏBƏR: Bəxtiniz Gətirdi!

11/10/2026 15:42
975
Paltaryuyanın Qapağını Açıq Saxlayanlara XƏBƏRDARLIQ
Gündəm

Paltaryuyanın Qapağını Açıq Saxlayanlara XƏBƏRDARLIQ

11/10/2026 15:03
970
Putin Təzyiq Altındadır: Ən Güclü KOZİRİNİ İşə Saldı — Yakovina
Manşet

Putin Təzyiq Altındadır: Ən Güclü KOZİRİNİ İşə Saldı — Yakovina

11/10/2026 12:29
982
Beyləqanda İNANILMAZ FACİƏ: Qəzadan Sağ Çıxdı, TOK VURUB ÖLDÜRDÜ
Manşet

Beyləqanda İNANILMAZ FACİƏ: Qəzadan Sağ Çıxdı, TOK VURUB ÖLDÜRDÜ

11/10/2026 11:45
974
Pensiya, Təqaüd və Sosial Yardımlar BU TARİXDƏ Ödəniləcək
Manşet

Pensiya, Təqaüd və Sosial Yardımlar BU TARİXDƏ Ödəniləcək

11/10/2026 11:30
979
Azərbaycanda  Müğənni Əməliyyatdan Sonra VƏFAT ETDİ-FOTO
Manşet

Azərbaycanda Müğənni Əməliyyatdan Sonra VƏFAT ETDİ-FOTO

11/10/2026 10:40
990

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu Avtomobilləri İdarə Edənlərə ŞAD XƏBƏR: Bəxtiniz Gətirdi!

Bu Avtomobilləri İdarə Edənlərə ŞAD XƏBƏR: Bəxtiniz Gətirdi!

11/10/2026 15:42
975
Paltaryuyanın Qapağını Açıq Saxlayanlara XƏBƏRDARLIQ

Paltaryuyanın Qapağını Açıq Saxlayanlara XƏBƏRDARLIQ

11/10/2026 15:03
970
Putin Təzyiq Altındadır: Ən Güclü KOZİRİNİ İşə Saldı — Yakovina

Putin Təzyiq Altındadır: Ən Güclü KOZİRİNİ İşə Saldı — Yakovina

11/10/2026 12:29
982
Beyləqanda İNANILMAZ FACİƏ: Qəzadan Sağ Çıxdı, TOK VURUB ÖLDÜRDÜ

Beyləqanda İNANILMAZ FACİƏ: Qəzadan Sağ Çıxdı, TOK VURUB ÖLDÜRDÜ

11/10/2026 11:45
974

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

10/10/2026 08:47
988

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

PAŞİNYAN BAKIYA GƏLƏCƏK?-politoloqdan SON DƏQİQƏ açıqlaması

09/10/2026 17:35
991

Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
982

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
974

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.