Eyni zamanda, Fransa lideri yaxın günlərdə Parisdə Rusiya nümayəndələri ilə G7 görüşünün baş tutub-tutulmayacağını təsdiqləməyib.
Gündəm24.az xəbər verir ki, TASS agentliyinin əldə etdiyi məlumata görə, Fransa Prezidenti Emmanuel Makron Davosda keçirilən Dünya İqtisadi Forumunun kuluarlarında açıqlayıb ki, Avropa başqa heç kimə Rusiya ilə dialoq aparmaq imkanı verməməlidir. Makron BFMTV-yə bildirib ki, Rusiya danışıqları aparanlar ABŞ və digər tərəflərlə qarşılıqlı əlaqədədir və Avropa bundan xəbərdardır. “Biz dialoqu bərpa etmək istəyirik və bunu əsas tərəfdaşlarımızla edəcəyik, çünki bunun faydalı olduğuna inanırıq. Avropalılar heç kimə Rusiya ilə əlaqə saxlamaq üçün müstəsna hüquq verməməlidir,” – deyə o vurğulayıb.
Eyni zamanda, Makron yaxın günlərdə Parisdə Rusiya nümayəndələri ilə G7 görüşünün baş tutub-tutulmayacağını təsdiqləməyib. Daha əvvəl ABŞ prezidenti Donald Tramp Makronun şəxsi mesajını dərc etmiş, Makron isə yanvarın 22-də Parisdə G7 görüşünün təşkil olunmasını və Rusiya ilə Ukraynanın iştiraka dəvət edilməsini təklif etmişdi. Lakin Kremlin sözçüsü Dmitri Peskov və Parisdəki Rusiya səfirliyi açıqlayıblar ki, belə bir görüş üçün heç bir dəvət almayıblar və Fransa hakimiyyətindən sorğu gəlməyib.
Sədaqət Həsənova














