Daha əvvəl Moldova prezidenti Maya Sandu Rumıniya ilə birləşməyi dəstəklədiyini və ölkənin AB-yə inteqrasiya kursunu elan etdiyini bildirmişdi; 2023-cü ilin fevralında hökumət bir neçə MDB müqaviləsini ləğv etmək planlarını açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov isə Moldovanın MDB işində faktiki iştirak etmədiyini və bunun rəsmiləşdirilməli olduğunu deyib.
Moldovanın ən böyük müxalifət partiyası Sosialistlər Partiyasının lideri İqor Dodon qərarın ölkəyə zərərli olduğunu və Qərb təsiri ilə verildiyini bildirib, lakin MDB ilə parlamentlərarası və ictimai diplomatiya vasitəsilə əlaqələrin davam etdiriləcəyini vurğulayıb.
Sədaqət Həsənova













