Cümə, Oktyabr 16, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Milli Məclisin Komissiyası BƏYANAT YAYDI

16/10/2026 09:22
Manşet
790 59
Milli Məclisin Komissiyası BƏYANAT YAYDI
703
Paylaşım sayı
976
Baxış sayı

Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında dövlətimizin orta güc olaraq meydana çıxması, qətiyyətli xarici siyasəti, beynəlxalq nüfuzunun ildən-ilə artması, beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfə, regional tranzit dəhlizlərindəki strateji əhəmiyyəti və ölkədaxili siyasi-iqtisadi sabitlik xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyasını xeyli artırıb.

Gündəm24.az xəbər verir ki, bu fikirlər Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaydığı bəyanatda yer alıb.

Bəyanatda deyilir: “Bölgəmizdə davam edən müharibə və gərginliklər fonunda sabitlik adası kimi səciyyələndirilən Azərbaycan Respublikası son vaxtlar heç zaman görünməmiş şəkildə və sinxron formada dini-ideoloji təxribatlara, əlaqələndirilmiş informasiya əməliyyatlarına və kiberhücumlara məruz qalıb.

Müxtəlif azadlıqlar adı altında xalqımızın çoxəsrlik mili-mənəvi və multikultural dəyərləri, dini inancları hədəf alınır, cəmiyyətdə həqiqət anlayışını məhv etmək üçün zərərli fəaliyyətlər vasitəsilə insanlarımıza yad ideologiyalar doğru yol kimi təqdim edilir.

Aidiyyəti dövlət orqanları ilə birgə araşdırmalar zamanı müəyyən edilib ki, ictimai rəyi manipulyasiya etməyə, cəmiyyətdə qütbləşmə yaratmağa, dövlət qurumlarına etimadı sarsıtmağa yönələn təsir əməliyyatları, kiberhücumlar və terror-təxribat niyyətləri ölkə daxilində və xaricində olan təsir agentləri və gizli təşkilatlar, rəqəmsal məkanda isə haker qrupları, xarici media quruluşları, real və saxta hesablar, habelə botlar vasitəsilə aparılır.

Təəssüflə qeyd etməliyik ki, dost və qonşu ölkələrin ərazisində fəaliyyət göstərən, Azərbaycanı sevməyən qüvvələr öz dezinformasiya məzmunlarını müstəqil görünən kanallar vasitəsilə rəqəmsal platformalara yeridib, cəmiyyətdə etnik, dini və ya siyasi zəmində qırılma xətləri yaratmağa çalışırlar. Onların istəyi ölkə içində nifaq salmaq, fərqli düşüncəli vətəndaşlarımızı bir-birinə düşmən etmək, zorakılığı alovlandırmaq və dövlətimizi daxildən sarsıtmaqdır.

Hibrid təhdid aktorları “hesablama propaqandası” metodu ilə ictimai rəyi çaşdırmaq və cəmiyyətdə fraqmentasiyanı dərinləşdirmək məqsədilə insanları media və sosial şəbəkələrdə onların müəyyən baxışlarını dəstəkləyən saxta məlumatları fəal şəkildə axtarmağa, bu informasiyalara inanmağa və digər şəxslər arasında yaymağa təşviq edirlər.

Alqoritmlər tərəfindən idarə olunan məzmun paylaşımları “əks-səda kameraları” effekti yaradaraq istifadəçilərin yalnız öz mövcud inanc, baxış və dünyagörüşlərini əks etdirən məlumatlarla qarşılaşmalarına səbəb olur. Vətəndaşlarımızın emosional reaksiyalarını cəlb etməyə hesablanmış paylaşımlar rəqəmsal platformalarda mövcud alqoritmlər sayəsində geniş kütlələrə yönəldilir.

Bundan əlavə, “filtr qabarcıqları” mexanizmi ilə zərərli məzmun yalnız onu qəbul etməyə hazır olan, artıq müəyyən istiqamətdə təsir altına düşmüş auditoriyaya çatır. Bu isə manipulyasiyanın effektivliyini həndəsi silsilə ilə artırır.

Belə bir mühitdə qeyd edilən aktorlar klassik təbliğat üsullarına müraciət etmədən platformaların öz infrastrukturu vasitəsilə yad dəyərləri təşviq etmək, milli sabitliyi sarsıtmaq və cəmiyyətimizi daxildən parçalamaq niyyəti güdürlər.

Monitorinqlər zamanı həmçinin müəyyən edilib ki, Azərbaycana qarşı bəlli mərkəzlərdən aparılan məkrli fəaliyyətlərin miqyasına baxmayaraq, qalib xalqımız qətiyyətli mövqe sərgiləyərək təxribatlara uymayıb, dövlətin atdığı addımları birmənalı şəkildə dəstəkləyib, bölücü məzmunun və şəxslərin ifşa edilməsində lazımi köməyini bu gün də davam etdirir.

Bir daha bəyan edirik ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası, aidiyyəti komitələri və Aparatının struktur bölmələri, habelə müvafiq dövlət qurumları dövlətimizə qarşı həyata keçirilən bu çirkin hibrid hücumların qarşısını müvəffəqiyyətlə alır və bundan sonra da istənilən həmləni cavabsız qoymayacaqdır.

Komissiyamız, eyni zamanda, Azərbaycan əleyhinə aparılan bu fəaliyyətləri qınayan dost və qonşu ölkə vətəndaşlarına ədalətli mövqelərinə görə dərin təşəkkürünü bildirir”.

Oxşarxəbərlər

Dövlət qulluqçularının və hərbçilərin pensiya qaydaları dəyişir
CƏMİYYƏT

Dövlət qulluqçularının və hərbçilərin pensiya qaydaları dəyişir

16/10/2026 11:22
951
Bakı-Sumqayıt yolunda avtobuslara hücum edildi – Saxlanılanlar var
Hadisə

Bakı-Sumqayıt yolunda avtobuslara hücum edildi – Saxlanılanlar var

16/10/2026 10:55
951
Bakıda təcili yardım maşını piyadanı vuraraq öldürdü
Hadisə

Bakıda təcili yardım maşını piyadanı vuraraq öldürdü

16/10/2026 10:42
953
Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
Manşet

Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

16/10/2026 10:27
952
Pezeşkian Bakıda görüşlərdən sonra İrəvana yollandı
Manşet

Pezeşkian Bakıda görüşlərdən sonra İrəvana yollandı

16/10/2026 10:21
955
Baş nazirdən MÜHÜM QƏRAR: Adlar dəyişdi
Manşet

Baş nazirdən MÜHÜM QƏRAR: Adlar dəyişdi

16/10/2026 10:17
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Dövlət qulluqçularının və hərbçilərin pensiya qaydaları dəyişir

Dövlət qulluqçularının və hərbçilərin pensiya qaydaları dəyişir

16/10/2026 11:22
951
Bakı-Sumqayıt yolunda avtobuslara hücum edildi – Saxlanılanlar var

Bakı-Sumqayıt yolunda avtobuslara hücum edildi – Saxlanılanlar var

16/10/2026 10:55
951
Bakıda təcili yardım maşını piyadanı vuraraq öldürdü

Bakıda təcili yardım maşını piyadanı vuraraq öldürdü

16/10/2026 10:42
953
Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

16/10/2026 10:27
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
963

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
963

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
977

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

14/10/2026 08:20
977

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In