Belqorod bölgəsi üzərində 31 dron vurulub.
Gündəm24.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi jurnalistlərə bildirib ki, hava hücumundan müdafiə sistemləri bir gecə ərzində Rusiya Federasiyasının altı bölgəsi üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 92 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Belqorod vilayəti üzərində 31, Saratov üzərində 29, Voronej üzərində 25, Bryansk və Tambov üzərində üç, Kursk vilayəti üzərində isə bir PUA zərərsizləşdirilib.
Nazirlik xatırladıb ki, Ukrayna qoşunları Rusiya sərhəd bölgələrini, xüsusən Belqorod, Bryansk, Kursk və Voronej vilayətlərini dronlar da daxil olmaqla müxtəlif vasitələrlə atəşə tutur.
Rusiya 24 fevral 2022-ci ildə Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin əməliyyatın məqsədini “səkkiz ildir Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanları qorumaq” kimi təqdim edib və Ukraynanı silahsızlaşdırmaq, denazifləşdirmək, həmçinin Donbasda mülki şəxslərə qarşı cinayətlərdə məsul olanları cavabdeh etmək planlarını açıqlayıb. Qərb ölkələri isə bu addımlara cavab olaraq Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib.
Sədaqət Həsənova














