Rusiyanın Naro-Fominsk rayonunda yerləşən hərbi hissədə əsgər atəş açıb.
Gündəm24.az xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, hadisə nəticəsində azı 2 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Ağır yaralanan əsgər xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, yaralılardan biri anasına zəng edərək baş verənlər barədə məlumat verib, qadın isə dərhal hadisə yerinə polis və təcili tibbi yardım çağırıb.
Rəsmi qurumlar hadisə ilə bağlı hələlik açıqlama verməyib.
Elay RZAZADƏ,
Gündəm24.az













