Kazem Cəlali bildirib ki, İran İslam Respublikası bu terror cinayətini beynəlxalq hüquq müddəalarının və BMT Nizamnaməsinin açıq şəkildə pozulması kimi qiymətləndirir.
Gündəm24.az xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS üçün yazdığı məqalədə bildirib ki, ABŞ İranın Ali Lideri Ayətullah Əli Xameneini hədəfə alaraq qlobal sülh və təhlükəsizliyə ciddi təhdid yaradıb. O, Xameneini “şərəf, müdriklik və praqmatizm” prinsiplərinə əsaslanan, milli suverenliyi və ədalətli sülhü müdafiə edən cəsur döyüşçü kimi təsvir edib.
Məqalədə həmçinin qeyd olunur ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb, Tehran və digər böyük şəhərlər zərbələr alıb, İslam İnqilabı Keşikçiləri Korpusu isə İsraildə və Körfəz ölkələrində ABŞ hərbi obyektlərinə cavab əməliyyatı elan edib.
Sədaqət Həsənova














