Sumqayıtda sahibsiz itlər kütləvi şəkildə tələf edilir.
Sumqayit24.az-a müraciət edən şəhər sakinlərinin sözlərinə görə, Nəsimi adına Mədəniyyət və İstirahət parkının ərazisində naməlum şəxslər itləri zəhərləyərək öldürürlər.
Şikayətçilər bildirirlər ki, tələf olan itlər qısırlaşdırılmış və insanlara qarşı aqressiv olmayan heyvanlar olub.Onlar heç kimə toxunmur, ətrafdakılara təhlükə yaratmırdılar.
Vətəndaşlar baş verənlərdən narahatlıqlarını ifadə edərək məsələnin araşdırılmasını istəyirlər.













