Çərşənbə axşamı, Mart 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Toyuq məhsullarında qalan tüklər təhlükəlidirmi? – Ekspert AÇIQLADI

12/02/2026 19:08
Manşet, Müsahibə
44 3
Toyuq məhsullarında qalan tüklər təhlükəlidirmi? – Ekspert AÇIQLADI
60
Baxış sayı

Son zamanlar bəzi mağazalarda satışa çıxarılan toyuq məhsullarının üzərində tüklərin qalması istehlakçılar arasında narazılıq yaradıb. Bəzən uzun, bəzən isə xırda tüklərin təmizlənmədən qalması alıcılar tərəfindən xoş qarşılanmır.

Bəs bu hal nə dərəcədə normaldır? Toyuq emalı zamanı tüklərin tam təmizlənməməsinin səbəbi nədir?

Redaktor.az-a açıqlamasında qida eksperti İlkin Şirinov bildirdi ki, tək-tük tüklərin qalması qida təhlükəsizliyi baxımından məhsulun keyfiyyətsiz olması anlamına gəlmir:

“Burada alıcı məmnuniyyəti, vizual görüntünün ürəkaçan olmaması məsələsidir, təbii ki, bu da müştərilərin haqlı narazılığı ilə qarşılanır. Gün ərzində milyardlarla toyuğun bu cür formada, yəni tüklərinin təmizlənməsi təbii ki, rezin barabanlar vasitəsilə həyata keçirilir. Toyuqların həmin o dərin tük təbəqəsi ki var, həmin tüklər çox zəif olur və bunlar yarıda qırılaraq dərinin içində qalırlar”.

Ekspert qeyd etdi ki, broyler təsərrüfatlarında yetişdirilən quşlar əslində “toyuq” deyil, cücələrdir:

“Bu quşlar adətən 23–40 günlük olur. Yaşları az olsa da, xüsusi yemlərlə sürətlə çəkiləri artırılır. Həmin o cücələrin yalnız bədəni şişirdilir, yəni bədəni həmin o qarışıq yemlərlə, kökəldici yemlərlə böyüdülür, yaş isə özlüyündə az olaraq qalır. Broyler işi ilə məşğul olanlar belə onlara toyuq demir, özləri öz aralarında “cücə” deyə müraciət edirlər. Məsələn, “bu gün neçə cücə kəsildi?”, “sabah neçə cücə kəsiləcək?” – bu cür müraciət forması işlədilir”.

Üzərlik sağlamlıq üçün təhlükə yarada bilər - Ekspert

Onun sözlərinə görə, tüklərin qalmasının digər səbəblərindən biri istehsal prosesində yetərli nəzarətin olmamasıdır.

“Digər məsələ normal şəkildə qaynar suyun olmamasıdır. Yəni kəsimdə cücələrin sayı çox olur və təmizləmə prosesində nəzarətsizlik mövcud olur. Say çox olduğuna görə ona lazımi nəzarət edilmir, sanki “bu gün kəsildi, bu gün də artıq bunun satışı təşkil olundu”. Təbii ki, bu da buzlanmamış vəziyyətdə olur. Buzlanmış, paketlənmiş, müxtəlif markalanmış toyuqlara baxsaq görərik ki, bu tük məsələsi yoxdur. Çünki bunlar bir baxışdan keçirilir, ondan sonra paketlənir. Amma bu cür kəsilmiş formada, yəni yeni kəsilmiş halda marketlərə, satış yerlərinə çatdırılan toyuqlarda bu tüklərin qalması mümkün ola bilər. Bu da istehsalata nəzarətsizlik məsələsidir, təmizləmə prosesində nəzarətsizliyin nəticəsidir. Bu isə haqlı narazılıq yarada bilər, ən azından vizual görüntünü poza bilər. Müştərilər üçün artıq bu, əlavə iş deməkdir. Alıcı məhsulu evə apardıqdan sonra yenidən təmizləmək məcburiyyətində qalır”, – deyə İlkin Şirinov qeyd etdi.

Oxşarxəbərlər

Sumqayıtda “Bir rəsm, Bir Novruz, Bir Ümid” adlı tədbir keçirilib-VİDEO(FOTOLAR)
CƏMİYYƏT

Sumqayıtda “Bir rəsm, Bir Novruz, Bir Ümid” adlı tədbir keçirilib-VİDEO(FOTOLAR)

16/03/2026 17:50
65
Prezident təsdiqlədi: onlar 2500 manat cərimə ediləcək
Manşet

Prezident təsdiqlədi: onlar 2500 manat cərimə ediləcək

16/03/2026 16:44
57
İlham Əliyev daha bir Sərəncam imzaladı
Manşet

İlham Əliyev daha bir Sərəncam imzaladı

16/03/2026 12:44
56
Prezident sərəncam imzaladı
Manşet

Prezident sərəncam imzaladı

16/03/2026 10:44
73
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Manşet

Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək

14/03/2026 20:34
57
Marketdən açıqlama:”Gold Qayalıdan alınan balıqla bağlı zəhərlənmə iddiaları əsassızdır”-FOTOLAR
CƏMİYYƏT

Marketdən açıqlama:”Gold Qayalıdan alınan balıqla bağlı zəhərlənmə iddiaları əsassızdır”-FOTOLAR

14/03/2026 14:47
96

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra öldü

Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra öldü

16/03/2026 20:55
56
Yaşı 50-dən çox olanların NƏZƏRİNƏ

Yaşı 50-dən çox olanların NƏZƏRİNƏ

16/03/2026 20:34
55
Məktəblərdə 11 gün dərs olmayacaq

Məktəblərdə 11 gün dərs olmayacaq

16/03/2026 20:15
54
Xameneidən rəhbər şəxslərə yeni tapşırıq

Xameneidən rəhbər şəxslərə yeni tapşırıq

16/03/2026 20:01
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
71

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

09/03/2026 07:04
74

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
82

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
62

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.