Çərşənbə axşamı, Fevral 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Paşinyan Ermənistanı “kiçiltdi”, ölkə qarışdı: daha bir ərazi Azərbaycana qaytarılır?

21/11/2025 08:00
Gündəm, Manşet
47 0
Paşinyan Ermənistanı “kiçiltdi”, ölkə qarışdı: daha bir ərazi Azərbaycana qaytarılır?
60
Baxış sayı

Ermənistanın “Hraparak” nəşri 57 kvadratkilometr ərazinin Azərbaycana veriləcəyini iddia edir. Nəşr yazır ki, Ermənistan ərazisi SSRİ vaxtında 29,800 kvadratkilometr göstərilirdi. Lakin baş nazir Nikol Paşinyan bir müddət öncə bu rəqəmin əslində 29,743 kvadratkilometr olduğunu dedi. Məhz ondan sonra artıq ölkə ərazisinin Paşinyanın açıqladığı rəqəmlə ifadə edilməsinə başlanıldı.

Bundan əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan da ölkəsinin Azərbaycan ərazisinin 110 kvadratkilometr hissəsini öz nəzarətində saxladığını açıqlamışdı. “Hraparak”ın iddiasına görə, baş nazirin qeyd etmədiyi 57 kvadratkilometr ərazinin yaxın gələcəkdə Azərbaycana verilməsi nəzərdə tutulur, bu səbəbdən Ermənistan torpağı kimi təqdim edilmir. Sözügedən ərazisinin Zəngəzur dəhlizini əhatə edəcəyi güman olunur.

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verirki, hərbi ekspert Səxavət Məmməd deyib ki, demarkasiya məsələsinin həlli üçün müxtəlif xəritələr ortaya atılır:

“Məsələn, Azərbaycan tərəfi daha çox irəli gedərək 1918–1920-ci illər, SSRİ-nin çəkdiyi birinci–ikinci xəritələri və sonda 1970-ci illərin xəritələrini qeyd edirdi. Bütün bu xəritələrdə ərazilər fərqli kvadratlarla göstərilib. Ümumiyyətlə, “Hraparak” nəşri və erməni müxalifəti rəsmi İrəvanın Zəngəzur dəhlizi dediyimiz ərazini Azərbaycana verə biləcəyini düşünür. Bu, hüquqi baxımdan da mümkün variantdır. Çünki SSRİ dönəmində həmin ərazi məhz Azərbaycana aid olub və buradan Ermənistana dəmir yolu xətti fəaliyyət göstərib. Müharibədən sonrakı dövrdə isə sözügedən dəmir yolu tünelləri dağıdılıb. Yəni bu məntiqlə həmin ərazinin bizə geri verilməsi mümkündür.

Lakin Ermənistanın Baş naziri Nikol Paşinyanın buna getməsini mümkün hesab etmirəm. Paşinyan seçkilərdə qələbə qazanaraq belə bir addım ata bilərdi. Amma təəssüf ki, erməni müxalifəti artıq indidən məsələnin üzərinə düşüb. Ona görə də, hazırki məqamda ərazinin təhvili real görünmür.

Paşinyan Ermənistanı "kiçiltdi", ölkə qarışdı: daha bir ərazi Azərbaycana qaytarılır?
Səxavət Məmməd

Ümumiyyətlə, tərəflər arasında torpaq mübadiləsi ilə bağlı xeyli problem mövcuddur. Qazaxın üç kəndinin verilməsi, Kərki kəndi və Gədəbəyin Başkənd bölgəsi məsələsi var. Paşinyan da bunu tez-tez dilə gətirir. Erməni politoloqlar qeyd edir ki, Kərki ilə Başkəndi dəyişmək lazımdır.

Düşünürəm ki, sadalanan prosesləri seçkiqabağı mərhələdə tənzimləmək çətindir. Müxalifət isə bunu Paşinyanın əleyhinə çevirmək istəyir. Gələcəkdə məsələ ilə bağlı mübahisəli məqamlar ola bilər.”

Politoloq Zaur Məmmədov bildirib ki, hazırda Ermənistan müxalifəti seçkiöncəsi Paşinyan hakimiyyətinə təzyiqlər etməkdədir:

“Bu kontekstdə şərti sərhədlərdəki ərazilərlə bağlı hakim komandanın davranışlarına diqqət çəkir, ictimai fikri çaşdırmağa çalışırlar. Yaxın 6 ay ərzində Ermənistan daxilində vəziyyət daha da gərginləşəcək və Paşinyana qarşı siyasi, fiziki təqib maksimum olacaq. Ukraynadakı müharibə bitərsə, Qafqazdakı proseslər yeni görkəm ala bilər. Azərbaycan və Ermənistan hakimiyyətləri arasında dialoq davam edir. Bu təmaslar bir neçə istiqamət üzrə davam etdirilir.

Paşinyan Ermənistanı "kiçiltdi", ölkə qarışdı: daha bir ərazi Azərbaycana qaytarılır?
Zaur Məmmədov

Sərhədlərin delimitasiya və demarkasiyası prosesi həllini tapmalı olan birinci dərəcəli məsələ deyil. Digər bir sıra mövzuların həlli istiqamətində işlər gedir. Erməni tərəfi bilməlidir ki, yaxın 5 ildə “real Ermənistan” haqqında düşünməli və buna uyğun davranmalıdırlar”.

Oxşarxəbərlər

Vaşinqton təxribatında Rusiya izi – ARAŞDIRMA
Gündəm

Vaşinqton təxribatında Rusiya izi – ARAŞDIRMA

23/02/2026 21:38
53
Aldığımız mandarin nə üçün tez kiflənir?
Manşet

Aldığımız mandarin nə üçün tez kiflənir?

23/02/2026 15:34
56
Naxçıvanda İTS sədri vəzifəsindən azad edildi
Gündəm

Naxçıvanda İTS sədri vəzifəsindən azad edildi

23/02/2026 15:33
54
Prezident bu konvensiya üzrə səlahiyyətli orqanları müəyyən etdi
Manşet

Prezident bu konvensiya üzrə səlahiyyətli orqanları müəyyən etdi

23/02/2026 15:15
53
Sülh Şurasında Azərbaycan nə deməkdir?
Manşet

Sülh Şurasında Azərbaycan nə deməkdir?

23/02/2026 14:16
54
Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam
Manşet

Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad edildi – Sərəncam

23/02/2026 14:01
58

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Alim Qasımov Bakıda zavod açdı – Karton istehsal edəcək

Alim Qasımov Bakıda zavod açdı – Karton istehsal edəcək

23/02/2026 21:52
55
Vaşinqton təxribatında Rusiya izi – ARAŞDIRMA

Vaşinqton təxribatında Rusiya izi – ARAŞDIRMA

23/02/2026 21:38
53
Sürücülərin nəzərinə! – Paytaxtda bu istiqamət tam bağlanır

Sürücülərin nəzərinə! – Paytaxtda bu istiqamət tam bağlanır

23/02/2026 20:52
52
Macarıstan və Slovakiya Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini blokladı

Macarıstan və Slovakiya Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini blokladı

23/02/2026 20:17
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qahirədən diplomatik addım: Oman, İran və ABŞ ilə təmaslar

Qahirədən diplomatik addım: Oman, İran və ABŞ ilə təmaslar

23/02/2026 09:40
54

Diplomatik gündəm: ABŞ və İran fevralın 26-da görüşəcək

Diplomatik gündəm: ABŞ və İran fevralın 26-da görüşəcək

23/02/2026 09:27
53

Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi

Təhlükəsizlik səviyyəsi yüksəldi – rəsmi qurumlar xəbərdarlıq etdi

23/02/2026 09:20
55

Epşteyn sənədləri sensasiya yaratdı – Rusiya ilə bağlı iddialar alt-üst oldu

Epşteyn sənədləri sensasiya yaratdı – Rusiya ilə bağlı iddialar alt-üst oldu

23/02/2026 07:16
53

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In