Paşinyanın sözlərinə görə, Ermənistana ilk neft məhsullarının çatdırılması zamanı bəzi Ermənistan şəbəkələri Azərbaycan benzinini satmaqdan imtina edib.
Gündəm24.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan potensial ticarət üçün mal siyahılarını mübadilə edir və nəzərdən keçirirlər. O qeyd edib ki, proseslər davam edir və hər iki tərəf satmaq və ya almaqda maraqlı ola biləcək malların siyahısını paylaşır.
Paşinyan bazarın əvvəlcədən araşdırıldığını və Azərbaycan benzinini siyasi oyuna çevirməyəcək iş adamlarına təklif etdiklərini vurğulayıb. Azərbaycan Baş nazirinin müavini [Delimitasiya] komissiyasının iclasında neft məhsullarının Ermənistana satılmasını təklif edib.
Paşinyan bildirib ki, bazar və imkanlar hər kəs üçün açıqdır və istənilən tərəf onlardan yararlana bilər. Dünən məlum olub ki, Azərbaycan Ermənistana ikinci və daha böyük partiya neft məhsulları göndərəcək. Ötən ilin dekabrında isə Gürcüstan ərazisi vasitəsilə 1 200 ton neft məhsulu Ermənistana çatdırılmışdı.
Sədaqət Həsənova














