Bakının Qaradağ və Səbail rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranacaq.
Gündəm24.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatına istinadən xəbər verir.
Bildirilib ki, magistral xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar su təchizatı sentyabrın 16-sı saat 09:00-dan başlayaraq sentyabrın 17-si gün ərzində məhdudlaşdırılacaq.













