Çinin xarici işlər naziri Vanq Yi Pekin və Moskva arasında münasibətlərin 2025-ci ildə daha da möhkəmləndiyini və yüksək səviyyədə sabit inkişaf etdiyini bildirib.
Gündəm24.az xəbər verir ki, onun sözlərinə görə, tarixi il ərzində iki ölkə liderləri arasında intensiv ünsiyyət Çin–Rusiya hərtərəfli strateji tərəfdaşlığının, qarşılıqlı etimad və dəstəyin mahiyyətini açıq şəkildə nümayiş etdirib. Vanq Yi eyni zamanda Çinin Ukrayna böhranının əsas səbəblərini aradan qaldıracaq və Avropada uzunmüddətli sülhü təmin edəcək məcburi sülh razılaşmasının əldə olunması üçün konstruktiv rol oynamağa davam edəcəyini vurğulayıb.
Sədaqət Həsənova













