Çərşənbə, Oktyabr 7, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Pensiya sistemində dəyişiklik gözlənilir – Yeni model belə olacaq

30/09/2026 10:00
CƏMİYYƏT, Manşet
807 33
Pensiya sistemində dəyişiklik gözlənilir – Yeni model belə olacaq
696
Paylaşım sayı
966
Baxış sayı

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Belə ki, Milli Məclisdə 25 sentyabrda birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsin son aldığı əməkhaqqı arasındakı birbaşa əlaqənin aradan qaldırılmasıdır.

Bu təklifin əsas məğzi nədən ibarətdir? Gözləntilər nədir?

Gündəm24.az  xəbər verir ki, globalinfo.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rövşən Muradov deyib ki, yeni mexanizmin mahiyyəti pensiya təminatında sığorta prinsipinin rolunun gücləndirilməsi, hesablamaların daha aydın və uzunmüddətli maliyyə əsasları üzərində qurulmasıdır:

“Təklifə əsasən, dövlət qulluqçuları, hərbi qulluqçular və digər müvafiq kateqoriyalar üzrə pensiya ilə əməkhaqqı arasındakı birbaşa əlaqənin aradan qaldırılması, pensiyanın fərdi şəxsi hesabda formalaşmış kapital, sabit aylıq pensiya əlavəsi əsasında müəyyənləşdirilməsi nəzərdə tutulur. Vahid sığorta prinsipinə keçid layihənin əsas istiqamətlərindən biri kimi qəbul edilir. Bu yanaşma pensiya hüququ ilə şəxsin əmək fəaliyyəti dövründə formalaşdırdığı sığorta kapitalı arasında daha sistemli əlaqə yaradır. Xüsusilə hərbi qulluqçular üzrə uzunmüddətli xidmətin, rütbə və əməkhaqqı artımının daha böyük pensiya kapitalının formalaşmasına şərait yaratması nəzərdə tutulur. Təqdim edilmiş təhlillərdə yeni mexanizmin gələcəkdə pensiya hüququ əldə edən hərbi qulluqçuların pensiyalarında azalmaya səbəb olmayacağı, əksinə, artım imkanları yaradacağı bildirilir”.

Deputat qeyd edib ki, məsələnin ən mühüm tərəfi yalnız pensiyanın hansı düsturla hesablanması ilə məhdudlaşmır:

“Burada uzunmüddətli perspektivdə sosial təminat sisteminin maliyyə dayanıqlılığının möhkəmləndirilməsi, peşəkar dövlət və hərbi xidmətin stimullaşdırılması, sığorta haqları ilə gələcək sosial təminat arasında daha aydın qarşılıqlı əlaqənin qurulması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda pensiya təyinatının sadələşdirilməsi, elektronlaşdırılması və vətəndaşın əlavə inzibati prosedurlarla üzləşmədən hüququnu qısa müddətdə reallaşdıra bilməsi sosial xidmətlərin keyfiyyəti baxımından ayrıca üstünlük yaradır.

Məqsəd elə bir modelin formalaşdırılmasıdır ki, burada dövlətin sosial öhdəliklərinin davamlılığı, pensiya sisteminin maliyyə imkanları, uzun illər dövlətə xidmət etmiş insanların əməyinin qiymətləndirilməsi və vətəndaşın gələcək sosial təminatına inamı vahid mexanizm daxilində uzlaşdırılsın. Düşünürəm ki, islahatın sosial mahiyyəti də məhz bu balansın qorunmasında ifadə olunur”.

Oxşarxəbərlər

Bu iki ayda doğulanlar üçün QARA GÜNLƏR BİTDİ!
Gündəm

Bu iki ayda doğulanlar üçün QARA GÜNLƏR BİTDİ!

07/10/2026 01:35
982
Bu, tezliklə baş verəcək — Tramp Ukrayna ilə bağlı VƏD VERDİ
Manşet

Bu, tezliklə baş verəcək — Tramp Ukrayna ilə bağlı VƏD VERDİ

07/10/2026 01:10
966
Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi
CƏMİYYƏT

Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi

07/10/2026 00:10
956
Ermənistan Gümrüdəki məsələni üzərimizə atır — Rusiya XİN
Manşet

Ermənistan Gümrüdəki məsələni üzərimizə atır — Rusiya XİN

07/10/2026 00:01
969
Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı
Manşet

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı

06/10/2026 23:51
978
Şəhid anası vəfat etdi
Hadisə

Şəhid anası vəfat etdi

06/10/2026 23:29
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu iki ayda doğulanlar üçün QARA GÜNLƏR BİTDİ!

Bu iki ayda doğulanlar üçün QARA GÜNLƏR BİTDİ!

07/10/2026 01:35
982
Bu, tezliklə baş verəcək — Tramp Ukrayna ilə bağlı VƏD VERDİ

Bu, tezliklə baş verəcək — Tramp Ukrayna ilə bağlı VƏD VERDİ

07/10/2026 01:10
966
Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi

Suriyadan 13 azərbaycanlı ölkəyə gətirildi

07/10/2026 00:10
956
Ermənistan Gümrüdəki məsələni üzərimizə atır — Rusiya XİN

Ermənistan Gümrüdəki məsələni üzərimizə atır — Rusiya XİN

07/10/2026 00:01
969

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Kreml açıqladı: Putin ad günündə mühüm ZƏNGLƏR EDƏCƏK

Kreml açıqladı: Putin ad günündə mühüm ZƏNGLƏR EDƏCƏK

06/10/2026 14:51
1k

Moskva vilayətinə DƏHŞƏTLİ dron hücumu: Ölənlər var

Moskva vilayətinə DƏHŞƏTLİ dron hücumu: Ölənlər var

06/10/2026 10:33
964

Qızılvəng: Göyçənin qədim kəndinin TARİXİ İZLƏRİ

Qızılvəng: Göyçənin qədim kəndinin TARİXİ İZLƏRİ

06/10/2026 08:49
964

ABŞ–Çin rəqabəti: Yeni qlobal qarşıdurmanın astanasındayıqmı?

ABŞ–Çin rəqabəti: Yeni qlobal qarşıdurmanın astanasındayıqmı?

05/10/2026 17:13
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In