Martın 5-də keçirilən Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev İranın Naxçıvana endirdiyi zərbə ilə bağlı Azərbaycan ordusuna göstəriş verildiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, dövlət başçısının sözlərinə görə, Azərbaycan bu hücumla barışmayacaq.
“Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin”,- prezident bildirib.
Prezident deyib ki, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər xüsusi təyinatlı bölmələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı həyata keçirməyə hazır olmalıdır.













