İsrail Xorrəmabad-Borocerd magistral yoluna hava hücumu həyata keçirib.
Gündəm24.az xəbər verir ki, İran mediasının məlumatına görə, İranın Lorestan vilayətinin Böhran İdarəetməsinin baş direktoru bildirib ki, Xorrəmabad–Borocerd avtomobil yolu ötən gecə Puneh tuneli yaxınlığında İsrailə məxsus qırıcı təyyarələrin hücumuna məruz qalıb.
Onun sözlərinə görə, zərbə nəticəsində magistral yolun bir hissəsi dağıdılıb və yol növbəti xəbərdarlığa qədər bağlanıb. Bildirilib ki, köhnə yol isə müvəqqəti alternativ marşrut kimi istifadə olunacaq.
Hücum zamanı magistral yolun əks istiqamətində hərəkət edən avtobusda olan iki sərnişin yaralanıb. Yaralılar dərhal tibb mərkəzlərinə çatdırılıb və onların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Sədaqət Həsənova













