Prezident İlham Əliyev “Daxili qoşunları haqqında” qanunu təsdiqləyib.
Gündəm24.az xəbər verir ki, qanun Azərbaycanın konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində daxili qoşunların fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edir.
Qanunda daxili qoşunların fəaliyyətinin əsas prinsipləri, istiqamətləri, onların tərkibi, vəzifə, səlahiyyət və hüquqları, maliyyə və maddi-texniki təminatı, fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın, döyüş texnikasının və xüsusi texnikanın tətbiqi şərtləri, o cümlədən bütün bunlara nəzarət tədbirləri və s. öz əksini tapıb.
Sənəd altı fəsil, otuz maddədən ibarətdir.
Prezident İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında” 10 fevral 2025-ci il tarixli fərmanında dəyişiklik edib.
Gündəm24.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği üzrə xərclər 1 720 956 292 manatdan 1 642 956 292 manata, o cümlədən tibb müəssisələrində kadr potensialının gücləndirilməsi ilə bağlı xərclər 6 000 000 manatdan 3 000 000 manata, işğaldan azad olunmuş ərazilərdə mobil hospitalların saxlanılma xərcləri isə 2 500 000 manatdan 1 000 000 manata endirilib
Azərbaycanda rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.
Gündəm24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezident İlham Əliyev “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Gündəm24.az xəbər verir ki, Saziş 1968-ci il aprelin 22-də London, Moskva və Vaşinqton şəhərlərində imzalanıb.
Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizliyin gücləndirilməsinə dair anlaşma memorandumu təsdiqlənib.
Gündəm24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanunu imzalayıb.














